www.websecurity.hackathon.az Open in urlscan Pro
62.212.239.135  Public Scan

URL: https://www.websecurity.hackathon.az/
Submission: On August 03 via automatic, source certstream-suspicious — Scanned from DE

Form analysis 0 forms found in the DOM

Text Content

 * Home
 * Hədəf sayt
 * Haqqımızda
 * Təcrübəmiz
 * Nə vaxt ? Harda ?
 * Hədiyyə
 * Qaydalar
 * Əlaqə


AZƏRBAYCANDA ILK DƏFƏ VEB TƏHLÜKƏSIZLIK MÖVZUSUNDA MÜSABIQƏ KEÇIRILDI

Written by wsdmin on March 22nd, 2013. Posted in Uncategorized

19 Mart 2013-cü il tarixində, “Delta Telecom”un sponsorluğu, XDMX XRITDA
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi
ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində, Azərbaycanda ilk dəfə veb
təhlükəsizlik mövzusunda həyata keçirilən müsabiqəsinin final mərasimi
keçirilib.

Tədbirdə çıxış edən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin
nümayəndəsi Tural Məmmədov müsabiqənin keçirilmə zəruriyyəti, mövzunun
aktuallığı və veb təhlükəsizlik məsələsinin Azərbaycanın İKT sahəsi üçün kəsb
etdiyi əhəmiyyətdən söhbət açıb.

Daha sonra çıxış edən veb təhlükəsizlik üzrə ekspert Arif Şəmistanlı bu sahə ilə
bağlı iş təcrübəsindən, fəaliyyət mexanizmlərindən danışıb.

Sonda “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev veb təhlükəsizlik
mövzusunu əhatə edən müsabiqənin Azərbaycanda ilk dəfə reallaşdırdığını xüsusi
vurğulayaraq, layihənin gedişatı, statistik göstəriciləri və nəaliyyətləri ilə
bağlı tədbir iştirakçılarına məlumat verib. R.Əliyev qeyd edib ki, 6-17 mart
tarixlərini əhatə edən müsabiqə böyük maraq doğurub və 200-ə yaxın iştirakçı
qeydiyyatdan keçib. Layihə rəhbəri, həmçinin, bildirib ki, müsabiqədə aktiv
iştirak edənlərə “Microsoft” şirkəti tərəfindən pulsuz “dreamspark” hesabları
təqdim olunacaq.


AZƏRBAYCANDA ILK DƏFƏ VEB TƏHLÜKƏSIZLIK MÖVZUSUNDA KEÇIRILƏN MÜSABIQƏYƏ START
VERILDI

Written by wsdmin on March 16th, 2013. Posted in Uncategorized

Daha öncə də məlumat verdiyimiz kimi Ölkəmizdə informasiya texnologiyaların
günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub.
Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda
müsabiqə keçirilir.

“Delta Telecom”un sponsorluğu, DMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə
Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin
6-17 Mart tarixlərini əhatə edəcək.

Müsabiqənin əsas mərhələsinə bu gün səhər saat 10:00-dan etibarən start verilib.
Gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınamağa başlayıblar. Təşkilat
Komitəsindən MoBiz-ə verilən eksklyüziv məlumata əsasən müsabiqəyə maraq çox
böyükdür. Belə ki, qeydiyyat mərhələsindən artıq 150-dən çox iştirakçı keçib.
Qeydiyyat prosesi hələ də davam etməkdədir.

17 Mart saat 19:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub. Nəticələr 19 Mart
tarixində elan olunacaq.

Ümumi qaydalara gəldikdə isə 3 gün ərzində iştirakçılar təşkilat komitəsi
tərəfindən hazırlanan xüsusi yaradılmış hədəf saytında texniki boşluq taparaq,
sayta zərər vurmalıdırlar. Qalib olan şəxs pul mükafatını əldə edəcək.

I gün: Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan
sayt iştirakçılara təqdim olunur. Qalib gələn şəxsə təqdim olunacaq məbləğ: 3000
AZN

II gün: Sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluöu tapan şəxs
qalib hesab olunacaq: 2000 AZN

III gün: Texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunur.
Qalibiyyət məbləği: 1000 AZN

Veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək
risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması
istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların
birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və
yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi
müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da
proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq
və yeni biliklər qazanmaqdır.


AZƏRBAYCANDA ILK DƏFƏ VEB TƏHLÜKƏSIZLIK MÖVZUSUNDA MÜSABIQƏ KEÇIRILƏCƏK

Written by wsdmin on March 6th, 2013. Posted in Uncategorized

Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik
məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq
Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə
təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları
sahəsinin ən önəmli layihələrindən biri olan veb təhlükəsizlik mövzusunda
müsabiqəyə start verilir.

“Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı
Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə
cari ilin 6-17 Mart tarixlərini əhatə edəcək.

Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi
qeydiyyat prosesini 6 Mart tarixindən başlayaraq, yarışma boyunca ( 17 Mart
tarixinə qədər) davam etdirəcək.

Qeydiyyat şərtləri olduqca sadədir. Bunun üçün sadəcə rəsmi səhifədə
(http://websecurity.hackathonazerbaijan.org/) qeydiyyat formasını doldurmaq
tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və
onların qəbul edilməsi də şərtlər sırasındadır.

Müsabiqənin əsas mərhələsinin başlandığı 15 Mart tarixindən isə gənc
proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar.
17 Mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub.

Ümumi qaydalara gəldikdə isə təşkilat komitəsi tərəfindən yarışma bir sayt
hazırlanacaq. 3 gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı
qalib hesab olunacaq və pul mükafatını əldə edəcək.

I gün: Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan
sayt iştirakçılara təqdim olunur. Qalib gələn şəxsə təqdim olunacaq məbləğ: 3000
AZN
II gün: Sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluöu tapan şəxs
qalib hesab olunacaq: 2000 AZN
III gün: Texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunur.
Qalibiyyət məbləği: 1000 AZN

Veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək
risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması
istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların
birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və
yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi
müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da
proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq
və yeni biliklər qazanmaqdır.


QEYDIYYAT AÇILDI

Written by wsdmin on March 5th, 2013. Posted in Uncategorized

Web Təhlükəsizlik yarışmasına qeydiyyat açıq elan olundu.
İlk olaraq qaydaları oxuyun və sonra Qeydiyyatdan keçin

Twitter rəsmi heşteqimiz: #HackathonAze


SPONSOR



--------------------------------------------------------------------------------


TEXNİKİ DƏSTƏK



--------------------------------------------------------------------------------


TƏŞKİLATÇI



--------------------------------------------------------------------------------


DƏSTƏK OLANLAR










© 2011-2013 İlk Addımlar - Bütün Hüquqlar Qorunur.
Saytdakı məlumatları yayarkən, Hackathon Azerbaijan-a istinad etmək vacibdir.