birinci24.com Open in urlscan Pro
188.114.96.3  Public Scan

Submitted URL: http://birinci24.com/?p=34601
Effective URL: https://birinci24.com/?p=34601
Submission: On July 06 via api from US — Scanned from NL

Form analysis 1 forms found in the DOM

GET https://birinci24.com/

<form role="search" method="get" id="search-form" class="search-form" action="https://birinci24.com/">
  <span class="screen-reader-text">Search for:</span>
  <input type="search" class="search-field" placeholder="Bir şey yazın" value="" name="s">
  <input type="submit" id="submit" value="Axtar">
</form>

Text Content

Skip to content
Bu gün Şənbə, 6 İyul 2024


Birinci 24

Birinci 24


 * DAĞLIQ QARABAĞ
 * DİASPOR
 * HƏRBİ
 * DÜNYA
 * Şəbəkələr
 * MƏDƏNİYYƏT
 * TƏHLİL
 * Din və cəmiyyət

Menu
Search for:
   
   
 * Home
 * Azərbaycan BRICS-ə niyə üzv olmaq istəyir?


AZƏRBAYCAN BRICS-Ə NIYƏ ÜZV OLMAQ ISTƏYIR?

 * TƏHLİL

İyul 5, 2024İyul 5, 2024

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə
toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın
qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki,
Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında
Azərbaycanın iştirakını alqışlayır.

Xarici İşlər Nazirliyinin (XİN) Təhlil və Strateji Araşdırmalar İdarəsinin
müdiri Mahir Qasımov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı
tədbirdə deyib ki, Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq
edir: “BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara
malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq
Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Ərazi bütövlüyü, suverenliyin
toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və
təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında
münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir”.


BRICS NƏDIR?

BRICS 2006-cı ildə yaranıb. 2024-cü ilə qədər beş üzvü var idi- Braziliya,
Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu ilsə təşkilata Birləşmiş
Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

Tahir Mirkişili


“YENI PERSPEKTIVLƏR VƏ IMKANLAR”

İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Tahir Mirkişili bildirib ki,
Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20 faizi BRICS üzvlərinin
payına düşür: “Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü
ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və
ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün
yeni perspektivlər və imkanlar aça bilər”.

Onun fikrincə, Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət
dövriyyəsində Azərbaycan önəmli yer ala bilər: “Uzun illər böyük səylər əsasında
yaradılan “Şərq-Qərb”, “Şimal-Cənub” koridorlarının intensivləşməsi bizə böyük
iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi, həm də BRICS, Şanxay
Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə
və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır”.

T.Mirkişili bildirir ki, BRICS-ə üzv olan ölkələr Qərblə bərabərhüquqlu
münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır:
“BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı
məhdudiyyətlər qoymamasıdır. Yəni, üzv ölkələr digər iqtisadi və güc mərkəzləri
ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. BRICS-ə üzvlük Azərbaycanın
xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi
siyasətimizin hədəflərinə uyğundur. Hesab edirəm ki, həm Qərblə, həm də Şərqlə
yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə
təmin edəcək”.

Natiq Cəfərli


BRICS-Ə ÜZVLÜK ƏLAVƏ IQTISADI FÜRSƏTLƏRI YARADA BILƏR

İqtisadçı Natiq Cəfərli xatırladır ki, zaman-zaman BRICS təşkilatına yeni
üzvlərin qəbulu məsələsi müzakirə olunur: “Hətta qardaş Türkiyə də belə bir
istəyini səsləndirir. Qonaq qismində BRICS-in bəzi toplantılarında Türkiyə də
iştirak edib. Əgər Azərbaycan Türkiyə ilə birgə bu təşkilata üzv olmaq
istəyəcəksə, bunun bir anlamı var”.

Ekspert deyir ki, amma iqtisadi nöqteyi-nəzərdən baxanda Azərbaycan
iqtisadiyyatı daha çox Qərbə bağlıdır: “İxracatımızın 80 faizi Avropa
ölkələrinədir. Əgər Avropa Birliyinin üzv ölkələri olmayan Böyük Britaniyanı,
İsraili və İsveçrəni də saysaq, bu rəqəm daha çoxdur. İnvestisiya baxımından da
biz Qərblə daha bağlıyıq. İllərdir ki, ən böyük ticarət tərəfdaşımız
İtaliyadır”.

N.Cəfərlinin sözlərinə görə, BRICS-ə üzvlük əlavə iqtisadi fürsətləri yarada
bilər. “Srağagün Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu da
normaldır, Azərbaycana idxalda son 20 ildə Çin həmişə ilk üçlükdədir. Bu tipli
addımlarla Azərbaycan bir növ çoxşaxəli iqtisadi və siyasi münasibətlər formatı
yaratmağa çalışır. Bu nə qədər uğurlu olacaq, BRICS-də iştirakı Azərbaycanın
Qərblə münasibətlərinə təsir edəcəkmi, bunu gələcək göstərəcək”.

Prev post Naxçıvanda bir sıra qurumların auditinə dair kənar dövlət maliyyə
nəzarəti tədbirlərinin proqramları təsdiq edilib
Next post Məşhur aktyor fəhləliyindən danışdı: Oğurluq edirəm? - Video


EDITOR


BƏNZƏR XƏBƏRLƏR

 * İyun 29, 2024
   
   ABŞ-IN SÜLHÜ SÜRƏTLƏNDIRMƏK ISTƏYININ ARXASINDA HANSI PLANLAR DAYANIR?

 * İyun 17, 2024İyun 17, 2024
   
   PENITENSIAR XIDMƏT – MƏHKUM QADINLARIN ISTISMARI, MƏHBUSUN ADINA
   RƏSMILƏŞDIRILƏRƏK KÜRDƏXANI TƏCRIDXANASININ TENDERINI QAZANAN ŞIRKƏT

 * İyun 4, 2024İyun 4, 2024
   
   UKRAYNA MÜHARIBƏSI YENI ITTIFAQLAR FORMALAŞDIRIB


SON XƏBƏRLƏR

 * Azərbaycanda güclü zəlzələ olacaq? – Açıqlama İyul 5, 2024
 * Ramiz Mehdiyevin kürəkəni sahibkarın bağ sahəsini zəbt etməkdə ittiham olunur
   İyul 5, 2024
 * Bahalaşma inflyasiyaya təkan verəcək? İyul 5, 2024
 * Müdafiə Nazirliyində kritik dəyişiklik – Kərəm Mustafayev işdən çıxarıldı
   İyul 5, 2024
 * İranda səsvermə vaxtı uzadıldı İyul 5, 2024
 * Ərdoğan TDT liderlərinin  Şuşa toplantısında iştirak etməyəcək İyul 5, 2024
 * Bitkoinin qiyməti 55 min dollardan aşağı düşdü İyul 5, 2024
 * Azərbaycanda əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi İyul 5, 2024
 * UEFA Merih Demiralla bağlı qərar verdi İyul 5, 2024
 * Gecəyarı Bakıda yenə ev uçurulub İyul 5, 2024


TƏQVIM

İyul 2024 BE ÇA Ç CA C Ş B 1234567 891011121314 15161718192021 22232425262728
293031  

« İyn    
 * Bütün xəbərlər
 * Əlaqə



Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində
istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Grace Mag by
Everestthemes