old.livementors.org Open in urlscan Pro
172.67.160.168  Public Scan

URL: https://old.livementors.org/
Submission: On June 08 via api from US — Scanned from DE

Form analysis 0 forms found in the DOM

Text Content

 * 
 * 
 * 


AZ EN

haqqımızda tədbirlər mentorlar hesabat sponsorlar əlaqə

haqqımızda tədbirlər mentorlar hesabat sponsorlar əlaqə

AZ EN
Yerli və beynəlxalq stomatoloji
şirkətlər bizimlə birlikdədirlər

Peşəkarlar
bizim mentorlarımızdır
…kim bir kimsəni qurtarsa, o,
bütün insanları xilas etmiş kimi olur…
(Qurani Kərim, 5/32)
Yerli və beynəlxalq stomatoloji
şirkətlər bizimlə birlikdədirlər


Konfransa Qoşul we save lives
5 Ay
3 Gün
20 Saat

“Live Mentors” komandasının missiyası stomatologiyanın inkişafı üçün konfrans və
seminarların təşkili və əldə edilən gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi
ilə həyat xilas etməkdir. Bunun üçün də ölkə və dünya səviyyəsində tanınmış ən
məşhur diş həkim və texniklərinin seminar və təlimlərini təşkil edirik.
Məruzəçilərin könüllü iştirakı, təmənnasız texniki dəstək verən şirkətin olması
və digər sponsorlar sayəsində konfrans xərclərinin minimum olması bizə xeyriyyə
məqsədli daha böyük gəlir əldə etmək imkanı yaradır. Konfransa qoşulmaqla həm ən
yaxşı spikerləri dinləmiş olacaq, həm də bir həyat xilas etmiş olacaqsınız.
Gəlin birlikdə həyat xilas edək!

Rafael Paşayev Konfrans rəhbəri
tədbirlər
Stomatoloji xeyriyyə konfransı ənənəmiz hər il davam edir

II STOMATOLOJI XEYRIYYƏ KONFRANSI OKLUZIAL STOMATOLOGIYA

17 iyun 2023, Bakı

I STOMATOLOJI XEYRIYYƏ KONFRANSI FUNKSIONAL ESTETIKA

12 İyun 2022, Bakı

GADZHY DAZAEVIN SEMINARI ORTOPEDIK MÜALICƏNIN PLANLANMASI

18 iyun 2023, Bakı

Hamısına bax
Mentorlar
Stomatologiyanın peşəkarları bizimlədirlər

Gadzhy Dazhaev Stomatoloq ortoped

Ariel Savion Stomatoloq parodontoloq

Edris Rasta MDT diş texniki

Rafael Paşayev Diş texniki

Rəsul Nəsrəddinov Stomatoloq ortoped

Hamısına bax
Hamısına bax
Hesabat
Onların həyatının xilas edilməsi üçün bu yolda irəliləyirik

Ümid Ağazadə
Onun yatarkən xüsusi nəzarətdə saxlanmasına artıq ehtiyac yoxdur. O indi tam
sərbəst nəfəs alır. ... ətraflı

Əlizaman Qocayev
Artıq kiçik dostumuz həyati təhlükəli iflic qorxulu moya-moya xəstəliyindən
xilas olmuşdur... ətraflı

Nərmin Şahverdiyeva
Həyati təhlükəli ürək xəstəliyi ailənin qorxunc kabusu idi. Artıq onun ürəyi
daha ürəkli, daha əmin... ətraflı

Yusif Turabov
Huşun pozulması, tələffüzün pozulması kimi problemləri olan dostumuzun
müalicədən... ətraflı

Hamısına bax


AĞA BAXŞIYEV

8 yaş
 * Konfransdan toplanan maddi vəsait hesabına tibbi dəstək göstərdiyimiz azyaşlı
   dostlarımızdan biri də Ağa Baxşiyev Zaur oğludur.
 * Ailəsinin bizə müraciətindən sonra Ağanın ürəkgetmə, hərəkət məhdudluğu kimi
   şikayətlərinin səbəbinin öyrənilməsindən ötrü diaqnozunun müəyyən edilməsi
   məqsədi ilə WES analizi (ekzom sekanslama) üçün 1500 AZN məbləğində büdcə
   ayrılmışdır.
 * Kiçik dostumuz Ağaya müvafiq analizdən sonra autoimmun revmatoid xəstəlik
   vaskulit diaqnozu qoyulmuşdur. Hazırda Ağanın müalicə prosesi davam edir və
   biz də müalicənin davam etməsi üçün lazımi dəstəyi göstərməyə davam edirik.
 * Ailədə irsi xəstəliklərin olmasını nəzərə alaraq, həmçinin baş ağrısı,
   allergiya, immunitet zəifliyi, ayaqlarda ağrılar və tutulma, əsəb gərginliyi
   kimi simptomların müşahidə olunması səbəbindən həkim göstərişi ilə Ağanın
   bacısı 10 yaşlı Aynur Baxşiyeva və qardaşı 1 yaşlı Ayxan Baxşiyevdə autoimmun
   revmatoid vaskulit xəstəliyinin olub-olmamasını yoxlamaqdan ötrü ailə
   üzvlərinin qan örnəklərinin tutuşdurulması üçün müvafiq analizlər vermişlər.


SƏNƏDLƏR











ƏLIZAMAN QOCAYEV

7 yaş
 * Əlizaman balamızın Türkiyənin “LİV” xəstəxanasında Prof. Dr. İlhan Elmacı
   tərəfindən indirekt revaskülarizasyon əməliyyatının uğurlu keçdiyi məlumatını
   sizinlə bölüşmək istəyirik.
 * Əlizamanın anası Arzu xanımın əməliyyatın baş tutmasında, məbləğin
   toplanmasında əməyi olan və konfransda iştirak edən hər kəsə təşəkkürü var.
 * Artıq Əlizaman Azərbaycana-evinə geri dönmüşdür. Səhhətində ümumilikdə hər
   şey qaydasındadır və ailəsi ilə birlikdədir.
 * Vəd verdiyimiz kimi “I Stomatoloji Xeyriyyə konfransı”-dan toplanan gəlirin
   ehtiyaclı ailələrin övladlarının sağlamlıqlarına qovuşması istiqamətində
   həyata keçirdiyimiz 1 layihənin başa çatdığını sevinc və Uca Allaha
   minnətdarlıq hissi ilə elan edirik.
 * Qeyd edək ki, Əlizamanın moyamoya xəstəliyindən qurtulmağı üçün indirekt
   revaskülarizasyon əməliyyatının keçirilməsini əhatə edən layihəmiz
   başladıqdan bitdiyi tarixə qədər xərcləri:
 * Aviabilet xərcləri – 1535 AZN;
 * Cərrahi əməliyyatın həyata keçirilməsi üçün ödəniş -$ 15000 ekvivalentində
   25537.50 AZN;
 * Digər xəstəxana xərcləri – $3278 ekvivalentində 5580.795 AZN;
 * Qonaqlama (otel) xərcləri – $1200 ekvivalentində 2043 AZN;
 * Dərman xərcləri – 3464 TL ekvivalentində 325.616 AZN və 10.60 AZN olmaqla
   cəmi 336.216 AZN;
 * Ərzaq və digər gündəlik tələbat malları xərcləri – 3587.54 TL ekvivalentində
   337.2287 AZN
 * Əməliyyat sonrası digər tibbi xərclərin qarşılanmağı üçün – $451
   ekvivalentində 767,82 AZN olmaqla, ümumilikdə 36137.55 AZN təşkil etmişdir.


SƏNƏDLƏR











ƏBILZADƏ HƏSƏN

12 yaş
 * 12 yaşlı Əbilzadə Həsən Anar oğlu Hidrosefaliya, birtərəfli hipooarez,
   septomatik epilepsiya xəstəliyindən əziyyət çəkir.
 * Azyaşlı dostumuz Həsənin ailəsi bizə hidrosefaliya xəstəliyi ilə mübarizə
   aparmasından ötrü beyində normadan artıq toplanan “onurğa beyni mayesinin”
   həcminin tənzimlənməsinə tibbi müdaxilə üçün lazım olan “pumpa şunt”
   aparatının alınması ilə bağlı müraciət etmişdir.
 * Bu mayenin miqdarının artması baş içindəki təzyiqin yüksəlməsinə və beynin
   zərər görməsinə səbəb olur.
 * Həsənin müalicəsi ilə bağlı ailənin müraciəti qeydə alınmış və azyaşlı
   dostumuzun 5 il ərzində istifadə edə biləcəyi bu aparatın alınmağından ötrü
   konfrans büdcəsindən 2043 AZN (1200 dollar) dəyərində məbləğ ayrılmışdır.
 * Balaca dostumuza Allahdan şəfa diləyirik


SƏNƏDLƏR








RÜQƏYYA ORUCOVA

5 aylıq
 * Rüqəyyə balamızın anadangəlmə görmə qüsuru ilə bağlı ailəsinin bizə müraciət
   etdiyi vaxtda o, cəmi 5 aylıq idi.
 * Müayinələr zamanı məlum olmuşdur ki, Vitreoretinal Limbal
   Lensektomi-Vitrektomi cərrahi əməliyyatı ilə körpə balamızın görmə qabliyyəti
   bərpa ola bilər.
 * Ailənin bizə müraciətindən sonra ən qısa zamanda əməliyyatın reallaşmağı üçün
   ailə qardaş ölkə Türkiyəyə yola salınmışdır.
 * Körpə balamızın görmə qabliyyətinin bərpa olması üçün yeganə yol olan bu
   cərrahi əməliyyata lazm olan 5000,00 AZN dəyərində məbləğ konfrans
   büdcəsindən ayrılmışdır.
 * Sözügedən cərrahi əməliyyat Türkiyyənin Qazi Üniversiteti nəzdində fəaliyyət
   göstərən “Sağlık Araştırma ve Uyğulama Merkezi”-də baş tutmuşdur.
 * Uca Allahın köməyi ilə əməliyyat uğurlu keçmişdir. Körpə Rüqəyyəyə Allahdan
   şəfa diləyirik.


SƏNƏDLƏR









YUSIF TURABOV

9 yaş
 * Autoimmun ensefalit xəstəliyindən əziyyət çəkən 9 yaşlı Yusif Turabova təyin
   olunmuş müalicə üçün 9 yaşlı dostumuz Yusifin huşun pozulması, tələffüzün
   pozulması kimi şikayətləri ilə ailəsi həkimə müraciət etmişdir.
 * Həkim müayinəsindən sonra Yusifə autoimmun ensefalt diaqnozu qoyulmuşdur.
 * Həkim reseptinə əsasən “panzyga” və “mabthera” dərmanlarının alınmasından
   ötrü, ailəsinin bizə müraciətindən sonra konfrans büdcəsindən 7420 AZN,
   nəqliyyat xərci üçün isə 20 AZN-i ayrılmışdır.
 * Balaca dostumuza Allahdan şəfa diləyirik.


SƏNƏDLƏR









ÜMID AĞAZADƏ

10 yaş
 * “Dayaq” və Ümidin hekayəsi illər əvvəl başladı. Ümid balamızın ailəsi bizə
   müraciət edəndə Ümid anadangəlmə çənə qüsuru ilə bağlı nəfəs almaqda çətinlik
   çəkir və gecə boğulmaları olurdu.
 * Belədə, uzun sürən bu yola başladıq.
 * Ümidin uğurlu keçən iki cərrahi əməliyyat ilə onun anadangəlmə üz-çənə qüsuru
   aradan qaldırıldı və nəfəs alma ilə həyati problemi həll edildi.
 * Ümidin anası Zülfiyyə xanımın əməliyyatın baş tutmağından ötrü lazım olan
   məbləğin toplanmasına yardım edən hər kəsə, cərrahi əməliyyatı təmənnasız
   həyata keçirən həkimlərə, bir ana kimi təşəkkür etdi.
 * Biz də öz adımızdan təşəkkür edirik:
 * Təklifimizi qəbul edib Azərbaycana gələrək Ümidin iki uğurlu cərrahi
   əməliyyatını həyata keçirdiyinə görə Türkiyənin Gazi universitetinin Diş
   həkimliyi fakültəsinin professoru Dr.Mustafa Sancara;
 * Öznün də dediyi kimi, onun üçün ən böyük sevinc kiçik dostunun xoşbəxtliy
   idi;
 * Əməliyyatın bütün klinik texniki təşkilatçılığını həyata keçirməklə
   əməliyyatda da birbaşa iştirak edən Vüqar Qurbanova fədakar və təmənnasız
   əməklərinə görə;
 * Əməliyyatda iştiraklarına və göstərdikləri dəstəyə görə Rəşad Məmmədzadəyə və
   Elnur Abdullayevə;
 * Həmişə olduğu kimi bizə dəstəyini əsirgəməyən “Estetik Diş” Stomatoloji və
   Dental Diaqnostik Mərkəzi“ nə “2D” və “3D rentgen müayinəsini təmənnasız
   təqdim etdiyinə görə.


SƏNƏDLƏR








Gözəl ve möhtəşəm təşəbbüsdür. Hər birinizi tebrik edirem. Uğurlar sizlərə.

Faiq Bağırov

“Konfransa qatılıb həm biliklərimizi artırırıq, həm də kömək etmiş oluruq. Bu
şəraiti yaratdığı üçün Rafael Paşayevə çox təşəkkür edirəm. Bu günkü konfransın
bütün gəliri ehtiyacı olan insanlara gedəcək.”

Dr. Nigar Həsənova

“Çox gözəl təşəbbüs idi. Yüksək səviyyədə təşkilatçılıq və maraqlı leksiyalar.
Bir sözlə 👍. Davamlı olsun! Zəhməti olan hər kəsdən Allah razı olsun!”

Dr. Elnur Ağaverdiyev

“Maraqlı, informativ və faydalı bir konfrans təşkil etdiyiniz üçün Sizə
təşəkkürümü bildirirəm.”

Dr. Hüseyn Hüseynzadə

“Mükəmməl layihə! Rafael Paşayevə və əziyyəti olan bütün “Dayaq Xeyriyyə”
əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.”

Elman Abdullayev

Stomatoloji dünyamızda yeni düşüncə, yeni bir üslub və niyyət Allah sizə sağlıq
və güc versin ki, niyyətinizə çatasınız və davam edəsiniz. Çünki hər kəsə çox
faydalı işlər görürsünüz.

Dr.Cabbar Həsənov

Uca Allah günahlarımızı bagışlasın, əməllərimizi bizdən qebul etsin, həm
dünyada, həm axirətdə bizə xeyirli nemətler bəxş etsin, amin!

Vəli Dünyamalıyev

Thank you so very much for sharing this wonderful work, humanitarian help and
philosophy with us. God bless you and your team.

Edris Rasta

Böyük bir işin öhdəsindən gəlmisiniz. Uğurlar sizə və komandanıza.

Kərim Mehdiyev

Gözəl ve möhtəşəm təşəbbüsdür. Hər birinizi tebrik edirem. Uğurlar sizlərə.

Faiq Bağırov

“Konfransa qatılıb həm biliklərimizi artırırıq, həm də kömək etmiş oluruq. Bu
şəraiti yaratdığı üçün Rafael Paşayevə çox təşəkkür edirəm. Bu günkü konfransın
bütün gəliri ehtiyacı olan insanlara gedəcək.”

Dr. Nigar Həsənova

Tərəfdaşlar




Komandamızın missiyası stomatologiyanın inkişafı üçün konfrans və seminarların
təşkili və əldə edilən gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi ilə həyat
xilas etməkdir.


Tez-tez verilən suallar
Konfransın məqsədi nədir ?

Konfransın məqsədi stomatologiyanın inkişafı və konfrasdan əldə edilən
gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi ilə həyat xilas etməkdir.

Niyə qoşulmalıyam ?

Konfransa qoşulmaqla həm ən yaxşı spikerləri dinləmiş olacaq, həm də bir həyat
xilas etmiş olacaqsınız.

Konfrans hansı dildə keçiriləcək?

Əcnəbi məruzəçilərimiz konfransda ingilis və rus dillərində çıxış edəcəklər.
Xarici məruzəçilərin əcnəbi dildə təqdim edəcəkləri məruzələr qulaqcıqlarla
birbaşa ana dilimizdə peşəkar şəkildə tərcümə ediləcəkdir.

Konfransın mövzusu nədir?

Stomatologiyanın müxtəlif sahələrinin inkişafını təmin etməyi nəzərdə tutan
silsilə konfranslarımızdan bu ilkinin mövzusu Ortopedik Stomatologiyanı əhatə
edəcəkdir.

Əlaqə info@livementors.org +99450 440 32 55 AZ 5000, Sumqayıt şəhəri, Səməd
Vurğun küç. 101-131 Müraciət et
© Dayaq Xeyriyyə Məhsuludur