www.azadliq.org Open in urlscan Pro
2600:141b:1c00:248c::1317  Public Scan

Submitted URL: http://www.azadliq.org//p//4321.html
Effective URL: https://www.azadliq.org//p//4321.html
Submission: On September 03 via api from US — Scanned from CA

Form analysis 2 forms found in the DOM

GET /s

<form action="/s" class="srch-top__form" id="form-topSearch" method="get" role="search"><label for="txtHeaderSearch" class="sr-only">Axtar</label>
  <input type="text" id="txtHeaderSearch" name="k" placeholder="burada axtarın" accesskey="s" value="" class="srch-top__input analyticstag-event"
    onkeydown="if (event.keyCode === 13) { FireAnalyticsTagEventOnSearch('search', $dom.get('txtHeaderSearch')[0].value) }">
  <button title="Axtar" type="submit" class="btn btn--top-srch analyticstag-event" onclick="FireAnalyticsTagEventOnSearch('search', $dom.get('txtHeaderSearch')[0].value) ">
    <span class="ico ico-search"></span>
  </button>
</form>

GET /s

<form action="/s" class="srch-bottom__form d-flex" id="form-bottomSearch" method="get" role="search"><label for="txtSearch" class="sr-only">Axtar</label>
  <input type="search" id="txtSearch" name="k" placeholder="burada axtarın" accesskey="s" value="" class="srch-bottom__input analyticstag-event"
    onkeydown="if (event.keyCode === 13) { FireAnalyticsTagEventOnSearch('search', $dom.get('txtSearch')[0].value) }">
  <button title="Axtar" type="submit" class="btn btn--bottom-srch analyticstag-event" onclick="FireAnalyticsTagEventOnSearch('search', $dom.get('txtSearch')[0].value) ">
    <span class="ico ico-search"></span>
  </button>
</form>

Text Content

KEÇID LINKLƏRI

 * Əsas məzmuna qayıt
 * Əsas naviqasiyaya qayıt
 * Axtarışa keç

Link has been copied to clipboard
Bölmələr
 * #İzahla
 * Korrupsiometr
 * #Əslində
 * Fərqə bax
 * Qanuni Doğru
 * Araşdırma
 * Multimedia
   Video Fotoqalereya İnfoqrafika Karikatura
 * Radio arxiv
   Oxu Zalı Azərbaycan ədəbiyyatı kitabxanası İslam və Demokratiya İz -
   mədəniyyət proqramı
 * Haqqımızda
   Missiyamız Peşə etikası və jurnalistika standartlarımız Materiallarımızdan
   istifadə AzadlıqRadiosu mobil telefonunuzda Bizimlə əlaqə Xəbər
   bülletenlərimiz

BIZI IZLƏ

RFE/RL-in bütün saytları
Axtar
Haqqımızda
Axtar
Əvvəlki Növbəti
Elan:
2024, 03 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52


HAQQIMIZDA



HAQQIMIZDA

Azad Avropa/Azadlıq Radioları ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə ABŞ
Konqresi tərəfindən qrant hesabına maliyyələşir. O, Şərqi və Cənub-Şərqi Avropa,
Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan
hər gün AzadlıqRadiosunun verilişlərini dinləyir.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin ilk verilişi 1953-cü ildə Almaniyadan,
Münhen şəhərindən efirə çıxıb.
1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə AzadlıqRadiosu Münhendən
Praqaya köçüb.

⇒ AzadlıqRadiosunun peşə etikası qaydaları və jurnalistika standartları ilə BU
KEÇİDDƏ ətraflı tanış olun.

AzadlıqRadiosu Çex Respublikasının paytaxtı Praqadakı yayım mərkəzindən hər
həftə 1000 saatdan çox veriliş yayımlayır. AzadlıqRadiosunun 23 redaksiyası
vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif
yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə
əməkdaşlıq edir. 2004-cü ildən AzadlıqRadiosunun Bakıda da bürosu rəsmi
fəaliyyət göstərir.

AzadlıqRadiosu korporasiyası aşağıdakı dillərdə verilişlər yayımlayır: avar,
Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax,
qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb,
tacik, tatar, türkmən, özbək, Ukrayna.

Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını
başa vurub, yayımlarını dayandırıblar.

AzadlıqRadiosunun missiyası

AzadlıqRadiosunun missiyası azad medianın qadağan edildiyi, onun hələ
formalaşmadığı ölkələrdə xəbərlər yaymaqla demokratik dəyərləri və institutları
dəstəkləmək, insan haqlarını qorumaqdır. AzadlıqRadiosunun əməkdaşları əhalinin
yerli mediadan ala bilmədiklərini, senzurasız xəbərləri və açıq debatları təqdim
edirlər. AzadlıqRadiosu hər hansı mümkün təsir və maneələrə baxmayaraq, obyektiv
jurnalistikanın ən yüksək standartlarını tətbiq etməyə çalışır, faktları olduğu
kimi çatdırır.

Mərkəzi Avropadan tutmuş Sakit okeana, Baltik dənizindən Qara dənizə, Rusiyadan
Mərkəzi Asiya və Fars körfəzinə qədər xalqlar despot – istibdad rejimlərdən
qurtulmaq üçün mübarizə aparırlar. Onlar insan haqlarının pozulmasına və
mərkəzləşdirilmiş iqtisadiyyata qarşı çıxır, etnik və dini zəmində
qarşıdurmaları və regional münaqişələri həll etməyə, kütləvi informasiya
vasitələrinin müstəqilliyinə nail olmağa çalışırlar. Bu regionda demokratik
dəyərlər və azad bazar iqtisadiyyatına əsaslanan sabitlik bütün dünyada sülh
əldə etməyin vacib şərtlərindəndir.

AzadlıqRadiosu bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı
məlumatlandırılmış cəmiyyətdir. Adıçəkilən regionda alternativ radioyayımlar
sahəsində təqribən 50 illik təcrübəsi olan AzadlıqRadiosu –

- Obyektiv informasiyanı təmin edir. Həmçinin, demokratiyaya çatmaq və bazar
iqtisadiyyatına keçmək yolunda daxili və regional problemlərin təhlili və
müzakirəsinə şərait yaradır.

- Demokratik dəyərləri dəstəkləməklə region ölkələrində vətəndaş cəmiyyətini
möhkəmləndirir

- Etnik və dini dözümsüzlüyün təzahürləri ilə mübarizə aparır və xalqlar
arasında qarşılıqlı anlaşmaya yardım edir

- Yerli kütləvi informasiya vasitələri üçün nümunədir, onların müstəqilliyinə və
işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına yardım edir: Həmçinin, yerli
informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirir.

- Region ölkələri ilə dünyanın inkişaf etmiş demokratiyaları arasında daha sıx
əlaqələrə yardım edir.

AzadlıqRadiosunun peşəkar etika kodeksi


AzadlıqRadiosunun bütün müxbirləri, ştatdankənar əməkdaşları və təhlilçiləri bu
prinsiplərə riayət etməlidirlər:

Dəqiqlik

- AzadlıqRadiosunun müxbirləri və təhlilçiləri mümkün olan hər şeyi etməlidirlər
ki, radionun yayım və çap materiallarında məlumatların dəqiqliyi təmin olunsun.
Məlumatların dəqiqliyinə şübhə varsa, bu məlumat azı iki müstəqil mənbə ilə
dəqiqləşdirilməlidir.

- Kifayət qədər təsdiqlənməmiş və ya şayiələrə əsaslanan məlumatlardan istifadə
olunmur.

- Səhv verilmiş istənilən məlumat mümkün olan ən qısa müddətdə düzəldilməlidir.

Tərəfsizlik

- İnformasiya konkret faktlarla verilməli, heç bir təhrif və ya qərəz olmadan
auditoriyanın hadisələri və problemləri qavramasına yardım edilməlidir.

- Jurnalistlər və təhlilçilər müzakirə olunan bütün məsələlər üzrə müxtəlif, o
cümlədən bir-birinə əks olan fikirləri dəqiq və balanslı şəkildə təqdim
etməlidirlər. Balansı təmin edərkən fikirləri mühüm olan insanlar və ya qruplar
şərh verməzlərsə, bu barədə efirdə məlumat verilməlidir.

- AzadlıqRadiosu hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, bütün
siyasi partiyalardan azaddır. AzadlıqRadiosu heç bir mühacir cəmiyyətindən,
kommersiya şirkəti və ya xüsusi maraqları təmsil edən başqa birliklərdən və dini
təşkilatlardan asılı deyil. Radiostansiya hər hansı bir xüsusi siyasi, iqtisadi
və ya dini mövqeləri dəstəkləmir və təbliğ etmir.

Verilişlərin aparılması tonu

- Yayım və çap materialları sakit, mülayim tonda, mədəni, ölçülüb-biçilmiş
nitqin nümunəsi olmalı, insan haqlarına hörməti nümayiş etdirməlidir.
Proqramlarda hansısa bir qrup və ya fərdə qarşı dini, etnik, sosial-iqtisadi
zəmində etinasızlıq, təhqiredici fikirlər olmamalı, hamı tərəfindən qəbul
edilmiş etiket normaları qorunmalıdır.

- Yayım və çap materiallarında zorakılığın, düşmənçiliyin qızışdırılması kimi
qavrana biləcək materiallar olmamalıdır. Münaqişələr və ya gərgin vəziyyətlər
haqqında istənilən məlumat balanslı olmalı və faktlara əsaslanmalıdır.

Təbliğat aparmama

- AzadlıqRadiosu demokratik cəmiyyətlərə xas demokratik prinsipləri və insan
haqlarına riayət olunmasını dəstəkləyir. Amma konkret siyasi və ya
qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə
seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya
aparmır.

- AzadlıqRadiosu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki
Yekun Aktında təsbit olunan bütün xalqların öz müqəddəratını təyinetmə haqqını
dəstəkləyir. Bununla belə, radiostansiya yayım və çap materiallarında separatizm
təmayüllərini şirnikləndirməməli, təbliğ etməməlidir.

- AzadlıqRadiosu beynəlxalq normalara uyğun olaraq bütün insanların sərbəst
hərəkət və miqrasiya azadlığını dəstəkləyir. Buna baxmayaraq, radionun yayım və
çap materiallarında ölkədən qaçma, miqrasiya təşviq olunmamalıdır.

Davranış etikası

- AzadlıqRadiosunun ştatlı və ştatdankənar əməkdaşları öz davranışlarında etik
normalara riayət etməli, başqa şəxslər və təşkilatlarla münasibətdə maraqların
toqquşmasından, ya da belə maraq toqquşması yarada biləcək vəziyyətlərdən
qaçmalıdırlar. Əməkdaşlar heç bir halda – nə şəxsi varlanma naminə, nə başqa
xeyir güdərək – özlərini və AzadlıqRadiosunu bu və ya başqa şəkildə ictimai
hörmətdən sala biləcək hərəkətə yol verməməlidirlər.

Mətnlərin yazılışı

- AzadliqRadiosunun saytındakı mətnlər imkan daxilində müəlliflərin orijinal
yazı üslubunun saxlanılması ilə dərc olunur. Redaksiyanın latın, yunan və ya
Şərq dilləri mənşəli sözlərin leksikadakı üstünlüyündən doğan hər hansı
məhdudiyyəti yoxdur. Coğrafi terminlər Azərbaycan, əcnəbi şəxslərin adları isə
İngilis dillərində yazılır. Sonuncu qaydanın yeganə səbəbi dünyadakı bütün
dillərin əhatə imkansızlığında, xarici ölkələr haqda informasiya axınıımzın
əsasən ingilisdilli mənbələrdən qaynaqlanmasındadır.




Əvvələ dön
 * Bizi izlə
    * 
    * 
    * 
    * 
    * 
    * 

 * Məlumat
    * Haqqımızda
    * AzadlıqRadiosu mobil telefonuzda
    * Materiallarımızdan istifadə
    * Bizimlə əlaqə
    * Xəbər bülletenlərimiz

AzadlıqRadiosu © 2024 Inc. | Bütün hüquqlar qorunur

XS
SM
MD
LG