paris2024.amada.az
Open in
urlscan Pro
67.222.39.92
Public Scan
Submitted URL: http://paris2024.amada.az/
Effective URL: https://paris2024.amada.az/
Submission: On August 17 via api from NL — Scanned from NL
Effective URL: https://paris2024.amada.az/
Submission: On August 17 via api from NL — Scanned from NL
Form analysis
0 forms found in the DOMText Content
paris2024@amada.az +994502188206 * Əsas səhifə * Qadağan olunmuş siyahı * Tİİ * Video təlimat * Tez-tez verilən suallar * Əlaqə * AZ * EN PARIS 2024 İDMANÇILAR ÜÇÜN ANTIDOPINQ MƏLUMATI PORTALI Bütün vacib məlumatları buradan əldə edin. Teleqram kanalı Watch Video QADAĞAN OLUNMUŞ SIYAHI Hər bir idmançının istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı maddə və ya metodun "Qadağan olunmuş siyahı 2024"-ə daxil olub-olmadığını müəyyən etmək idmançının məsuliyyətindədir. Qeyd etmək lazımdır ki, idmançılar üçün hər zaman, o cümlədən oyunlar zamanı WADA-nın "Qadağan olunmuş maddələr siyahısı" qüvvədədir. DOPINQ NƏZARƏTI PROSESI Paris 2024 Yay Olimpiya Oyunları dövründə, 18 iyul - 11 avqust 2024 tarixləri arasında, IOC Antidopinq Qaydaları qüvvədə olacaq. Bu qaydalar, 2021 Ümumdünya Antidopinq Məcəlləsinə əsaslanır və oyunlar dövründə və oyunlara hazırlıq müddətində, yerləşdikləri yerdən asılı olmayaraq, idmançıların hər zaman test edilməsinə imkan verir. TERAPEVTIK ISTIFADƏ ÜÇÜN ISTISNA (Tİİ) IOC Antidopinq qaydaları idmançıların təyin olunmuş müalicəni tələb etməsi və buna icazə verilməsi üçün xüsusi bir proses nəzərdə tutur. Tİİ-lər üçün müraciətlər ITA tərəfindən təyin olunmuş Beynəlxalq Tİİ Komitəsi adlı həkimlər paneli tərəfindən qiymətləndirilir. MƏKAN MƏLUMATI Təmiz idmançıları qorumaq və dopinqlə mübarizənin effektivliyini artırmaq üçün MADT və/və ya BF milli və beynəlxalq test qrupuna daxil edilmiş idmançılar WADA-nın Antidopinq İdarəetmə və İnzibatçılıq Sistemi (“ADAMS”) vasitəsilə tələb olunan məlumatları təqdim etməyə davam etməlidirlər. QADAĞAN OLUNMUŞ SIYAHI Qadağan olunmuş siyahı * WADA QADAĞAN OLUNMUŞ SIYAHI 2024 * İSTIFADƏSINƏ ICAZƏ VERILƏN DƏRMAN VASITƏLƏRININ YOXLANILMASI * FRANSADA ALINAN DƏRMAN VASITƏLƏRI ÜÇÜN AFLD RƏSMI VEB SAYTI İdmançılara hər zaman, o cümlədən oyunlar zamanı tətbiq olunan WADA-nın Qadağan olunmuş Maddələr Siyahısı 2024 qüvvədədir. Oyunlar çərçivəsində toplanan bütün nümunələr Qadağan olunmuş siyahı 2024-də qeyd olunan qadağan olunmuş maddələr və qadağan olunmuş metodlar üzrə yoxlanılacaq. Hər bir idmançının istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı maddə və ya metodun Qadağan olunmuş siyahı 2024-ə daxil olub-olmadığını müəyyən etmək idmançının məsuliyyətindədir. DNP Dopinq Nəzarəti Prosesi * Bildiriş alma; * Nümunə toplama qabının seçilməsi; * Nümunə təqdim etmə; * Nümunə saxlanma dəstinin seçilməsi; * Nümunənin bölünməsi; * Nisbi sıxlığın ölçülməsi; * Dopinq nəzarəti formasının imzalanması; TERAPEVTIK ISTIFADƏ ÜÇÜN ISTISNA (Tİİ) İdmançının hər hansı xəstəliyinin və ya tibbi vəziyyətinin müalicə olunması üçün istifadəsi tələb olunan maddə və ya üsul Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan olunmuş siyahısına əsasən qadağan olduqda, Tİİ həmin idmançıya bu maddəni və ya üsulu Antidopinq Qayda Pozuntusuna (AQP) yol vermədən və müvafiq sanksiyaya məruz qalmadan idmanda istifadə etmək üçün icazə verə bilər. IOC Antidopinq Qaydaları idmançıların təyin olunmuş müalicəni tələb etməsi və buna icazə verilməsi üçün xüsusi bir proses nəzərdə tutur. Tİİ-lər üçün müraciətlər ITA tərəfindən təyin olunmuş Beynəlxalq Tİİ Komitəsi adlı həkimlər paneli tərəfindən qiymətləndirilir. Paris 2024 YayOlimpiya Oyunları üçün Tİİ-lər haqqında bütün müvafiq məlumatları ITA-nın saytında tapmaq olar: • Terapevtik İstifadə üçün İstisnalar (Tİİ-lər) – Paris 2024 Yay Olimpiya Oyunları Ətraflı MƏKAN MƏLUMATI MOK-lar Olimpiya Oyunları dövründə öz nümayəndə heyətlərinə aid olan bütün idmançıların məkan məlumatlarını ITA-ya “ITA Rooming List” Tətbiqi vasitəsilə təqdim etməlidirlər. Bu məlumatlar missiya rəhbəri və ya digər təyin olunmuş heyət tərəfindən Olimpiya kəndinə və hər hansı digər rəsmi yaşayış yerlərinə və ya fərdi yaşayış yerlərinə gəlişlərindən 24 saat ərzində ITA-ya təqdim edilməlidir. Məkan məlumatlarının məcburi dövrü aşağıdakı iki tələbin yerinə yetirildiyi dövr kimi müəyyən edilir: 1. Oyunlar dövründə (18 iyul – 11 avqust) 2. Hər bir idmançının Fransada olması dövründə Məkan məlumatlarının təqdim edilməməsi idmançılar və MOK-lar üçün intizam nəticələri nə səbəb ola bilər. Ətraflı VIDEO "Paris 2024" Yay Olimpiya Oyunları üçün video təlimat XƏBƏRLƏR Xəbərlər AMADA “PARIS-2024” YAY OLIMPIYA VƏ PARALIMPIYA OYUNLARI ƏRƏFƏSINDƏ INNOVATIV YANAŞMALAR TƏTBIQ EDIR 23-07-2024 Ətraflı AMADA “PARIS-2024” YAY OLIMPIYA VƏ PARALIMPIYA OYUNLARI ƏRƏFƏSINDƏ INNOVATIV YANAŞMALAR TƏTBIQ EDIR Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunları zamanı idmançılarımızın hüquqlarını qorumaq və məlumatlılığı əlçatan etmək üçün artıq innovativ yanaşmalar tətbiq edir. AMADA Parisdə yarışacaq idmançılar və idmançının köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb. Olimpiya və Paralimpiya komandalarımızın üzvləri Agentliyin “Telegram” kanalı vasitəsilə dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı, Terapevtik İstifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Həmçinin yeni fəaliyyətə başlayan paris2024.amada.az saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. İdmançılar və idmançı köməkçi heyəti AMADA-nın +99450-218-82-06 nömrəsi vasitəsilə əlaqə saxlayaraq, habelə “Whatsapp” üzərindən dopinq nəzarəti ilə bağlı bütün suallarına operativ və dolğun şəkildə cavab tapa biləcəklər. Həmçinin AMADA tərəfindən “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün Olimpiadanın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. Qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir. Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər. Həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Close ITA PARIS OLIMPIADASINDA IŞTIRAK EDƏCƏK IDMANÇILARIN 90 FAIZINI ÖNCƏDƏN DOPINQ TESTLƏRINDƏN KEÇIRIB 24-07-2024 Ətraflı ITA PARIS OLIMPIADASINDA IŞTIRAK EDƏCƏK IDMANÇILARIN 90 FAIZINI ÖNCƏDƏN DOPINQ TESTLƏRINDƏN KEÇIRIB Beynəlxalq Test Agentliyi (ITA) Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 90 faizini öncədən dopinq testlərindən keçirib. Bu barədə ITA məlumat yayıb. ITA cari ilin ilk altı ayında 32 min 600-dən çox dopinq testi həyata keçirib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur. Daha çox test Çin, neytral statusda çıxış edəcək Rusiya və Belarus idmançılarndan götürülüb. Cari ilin ilk altı ayı ərzində həyata keçirilən testlər zamanı 85 antidopinq qayda pozuntusu üzrə iddia qaldırılıb. Həmin iddiaların bəziləri barədə sanksiyalar tətbiq olunub, bəziləri isə icraatdadır. Dopinq nəzarəti prosesinə cəlb olunan idmançıların 75 faizi ən azı üç dəfə test olunub. Bu testlər ağırlıqqaldırma da daxil olmaqla, yüksək riskli idman növləri üzrə təmsilçilərdən götürülüb. Belə ki, Yay Olimpiya Oyunları tarixində olan bütün antidopinq qayda pozuntularının dörddə biri idmanın bu növünün payına düşür. Həmçinin triatlon və üzgüçülük yarışlarında mübarizə aparacaq idmançılar ən azı bir dəfə test olunub. Gimnastika yarışlarında çıxış edəcək idmançıların 99, atletika yarışlarında mübarizə aparanların 89, futbolçuların isə 63 faizi dopinq nəzarəti prosesinə cəlb olunub. Close Tİİ-NIN ELIT IDMANDA GENIŞ YAYILMADIĞI SÜBUT OLUNUB 26-07-2024 Ətraflı Tİİ-NIN ELIT IDMANDA GENIŞ YAYILMADIĞI SÜBUT OLUNUB Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən aparılan son araşdırmaya əsasən, Terapevtik İstifadə üçün İstisnaların (Tİİ) elit idmanda geniş yayılmadığı sübut olunub. Tİİ – antidopinq təşkilatları tərəfindən sağlamlıq problemi olan idmançıya Terapevtik İstifadə üçün İstisna üzrə Beynəlxalq Standartda (ISTUE) qeyd olunan meyarlara cavab verdikdə, qadağan olunmuş maddə və ya üsuldan istifadəyə imkan verən xüsusi istisnadır. “British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırmanın tədqiqatçıları 2016-2022-ci illərdə Olimpiya və Paralimpiya oyunlarında etibarlı Tİİ icazəsi ilə yarışan idmançıların sayının, müvafiq olaraq, 1 faizdən və 3 faizdən az olduğu qənaətinə gəliblər. Tədqiqatçılar “Rio-2016”, “Pxençxan-2018”, “Tokio-2020” və “Pekin-2022” Olimpiya və Paralimpiya oyunlarına qatılan, həmçinin etibarlı Tİİ icazəsi olan idmançılar da daxil olmaqla, səkkiz qrup idmançının məlumatlarını araşdırıblar. Dörd Olimpiya Oyunlarında iştirak edən 28 min 583 idmançıdan Tİİ istifadəçilərinin sayı 0,90 faiz, eyni sayda Paralimpiya Oyunlarında isə 9 min 852 idmançı arasında 2,76 faiz təşkil edib. Tədqiqatda Yay Olimpiya Oyunlarında Tİİ ilə əlaqəli ən çox istifadə edilən maddələrin qlükokortikoidlər (Rio-de-Janeyroda 0,50 faiz) və stimullaşdırıcılar (Tokioda 0,39 faiz) olduğu bildirilib. Yay Paralimpiya Oyunlarında isə ən çox istifadə edilən maddələr diuretiklər (Rio-de-Janeyroda 0,79 faiz) və stimullaşdırıcılar (Tokioda 0,75 faiz) olub. Qış Olimpiya Oyunlarında isə Tİİ göstəriciləri çox aşağı olub. Araşdırma Tİİ sisteminin idmançıları dəstəkləmək və təmiz idmanı qorumaq üçün əsas vasitə olduğunu təsdiqləyib. Close MƏLUMAT BÖLMƏSI DOPINQ NƏZARƏTI PROSESI ADDIMLARI. 1. İdmançı seçimi 2. Bildiriş 3. Dopinq Nəzarəti Məntəqəsinə gəliş 4. Nümunə toplanması qabının seçilməsi 5. Nümunənin təmin olunması 6. Nümunə saxlanma dəstinin seçilməsi 7. Nümunənin “A” və “B” qablarına bölünməsi 8. Nümunənin kip bağlanaraq qablaşdırılması 9. Nisbi sıxlığın ölçülməsi 10. Dopinq Nəzarəti Formasının yoxlanılması Ətraflı İDMANÇI HÜQUQLARI 1. DNP həyata keçirən şəxsin akkreditasiya sənədini tələb etmək; 2. DNP haqqında əlavə məlumat əldə etmək; 3. Nümayəndənin iştirakını tələb etmək; 4. Ehtiyac yarandığı halda tərcüməçi tələb etmək; 5. Gecikmə üçün əsaslı səbəb olmadığı halda dərhal dopinq nəzarəti məntəqəsinə gəlmək; 6. Zərurət olarsa tibbi yardımdan istifadə etmək; 7. Sağlamlıq imkanı məhdud şəxs olduğu halda dəyişikliklər edilməsi barədə müraciət etmək; 8. DNP ilə əlaqədar idmançıya şübhəli gələn məqamların sənədləşməsini tələb etmək; 9. Dopinq Nəzarəti Formasının surətini tələb etmək; Ətraflı.. İDMANÇI ÖHDƏLIKLƏR 1. Bildiriş alan andan DNP bitənə qədər DNİ/Şaperonun müşayiəti altında qalmaq; 2. Şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etmək; 3. DNP riayət etmək; 4. Bildirişdən sonra ilk sidik nümunəsini DNM-da təmin etmək; 5. Gecikmək üçün əsaslı səbəb olmadıqda dərhal DNM-ya getmək; GECIKMƏK ÜÇÜN ƏSASLI SƏBƏBLƏR 1. Mükafatlandırma Mərasimində iştirak; 2. Media öhdəliklərin icrası; 3. Sonrakı yarışlarda iştirak və ya məşqin başa çatması; 4. Zəruri tibbi müalicənin alınması; 5. Nümayəndə və/və ya tərcüməçinin axtarılması; 6. Fotoşəkilli şəxsiyyəti təsdiq edən sənədin əldə olunması; 7. Sakitləşmək üçün zaman; TERAPEVTIK ISTIFADƏ ÜÇÜN ISTISNA (Tİİ) IOC Antidopinq Qaydaları idmançıların təyin olunmuş müalicəni tələb etməsi və buna icazə verilməsi üçün xüsusi bir proses nəzərdə tutur. Tİİ-lər üçün müraciətlər ITA tərəfindən təyin olunmuş Beynəlxalq Tİİ Komitəsi adlı həkimlər paneli tərəfindən qiymətləndirilir. Paris 2024 Yay Olimpiya Oyunları üçün Tİİ-lər haqqında bütün müvafiq məlumatları ITA-nın saytında tapmaq olar: Terapevtik İstifadə üçün İstisnalar (Tİİ-lər) – Paris 2024 Yay Olimpiya Oyunları Ətraflı QADAĞAN OLUNMUŞ SIYAHI İdmançılara hər zaman, o cümlədən Oyunlar zamanı tətbiq olunan WADA-nın Qadağan olunmuş maddələr siyahısı 2024 (bundan sonra "Qadağan olunmuş siyahı 2024" adlanacaq) qüvvədədir. Oyunlar çərçivəsində toplanan bütün nümunələr Qadağan olunmuş siyahı 2024-də qeyd olunan qadağan olunmuş maddələr və qadağan olunmuş metodlar üzrə yoxlanılacaq. Hər bir idmançının istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı maddə və ya metodun Qadağan olunmuş siyahı 2024-ə daxil olub-olmadığını müəyyən etmək idmançının məsuliyyətindədir. Qeyd etmək lazımdır ki, Qadağan edimiş Siyahı 2024 bir neçə dildə mövcuddur: İngilis, Ərəb, Katalan, Fransız, Alman, Yunan, Norveç, Portuqal, İspan və Türk dillərində. İdmançılardan, onların ətrafındakı şəxslərdən və bütün maraqlı tərəflərdən tramadol ilə bağlı böyük dəyişiklikləri nəzərə almalarını xahiş edirik və WADA tramadol haqqında İdmançılar və İdmançının Köməkçi heyəti üçün Məlumat Vərəqəsi hazırlamışdır ki, bu da WADA-nın saytında mövcuddur. Dərmanlarınızı yoxlamaq üçün daha çox məsləhət almaq istəyirsinizsə, bu resursdan istifadə edin: * WADA Qadağan olunmuş siyahı 2024 * Fransada alınan dərman vasitələri üçün AFLD rəsmi veb saytı * Fransada istifadəsinə icazə verilən dərman vasitələrinin yoxlanılmasI Ətraflı... MƏKAN MƏLUMATI Təmiz idmançıları qorumaq və dopinqlə mübarizənin effektivliyini artırmaq üçün MADT və/və ya BF milli və beynəlxalq test qrupuna daxil edilmiş idmançılar WADA-nın Antidopinq İdarəetmə və İnzibatçılıq Sistemi (“ADAMS”) vasitəsilə tələb olunan məlumatları təqdim etməyə davam etməlidirlər. ADAMS məlumatların əldə olunması üçün istifadə ediləcək. Lazım olduqda idmançıları tapmaqda kömək etmək və həmçinin idmançıların məlumatların təqdim olunması tələblərinə tam riayət etmələrinin vacibliyini anlamaqlarını təmin etmək üçün ITA tərəfindən MOK-ların köməyi tələb olunacaq. Xüsusi hallarda, müvafiq BF və ya MADT idmançıların yerlərini toplamaq üçün onları Qeydiyyata Alınmış Test Qrupuna və ya Test Qruplarına daxil etmələrini istəyə bilər. MOK-lar Olimpiya Oyunları dövründə öz nümayəndə heyətlərinə aid olan bütün idmançıların məkan məlumatlarını ITA-ya “ITA Rooming List” Tətbiqi vasitəsilə təqdim etməlidirlər. Bu məlumatlar missiya rəhbəri və ya digər təyin olunmuş heyət tərəfindən Olimpiya kəndinə və hər hansı digər rəsmi yaşayış yerlərinə və ya fərdi yaşayış yerlərinə gəlişlərindən 24 saat ərzində ITA-ya təqdim edilməlidir. Məkan məlumatlarının məcburi dövrü aşağıdakı iki tələbin yerinə yetirildiyi dövr kimi müəyyən edilir: * Oyunlar dövründə (18 iyul – 11 avqust); * Hər bir idmançının Fransada olması MOK-lar həmçinin məkan məlumatlarının yenilənməsini izləməli və idarə etməli, və ITA tərəfindən tələb olunan hər hansı digər məntiqli köməyi təmin etməlidirlər ki, öz nümayəndə heyətlərinə aid idmançıların yerləri müəyyən edilsin. “ITA Rooming List” Tətbiqinin məqsədi MOK-lara məkan məlumatlarının təqdim edilməsini asanlaşdıran bir tətbiq təmin etməkdir. Bu tətbiqin detalları aşağıdakı kimidir: * ITA hər bir MOK ilə əlaqə saxlayacaq və tətbiqə necə qoşulmaq barədə təlimatları email vasitəsilə göndərəcək; * ITA-dan email aldıqdan sonra, mobil telefonunuzda və ya kompüterinizdə tətbiqə necə daxil olmaq barədə təlimatlar üçün https://toolkit.ita.sport/NOC linkinə daxil olun; * MOK tətbiqdə öz nümayəndə heyətlərinə aid idmançıların əvvəlcədən doldurulmuş siyahısını tapacaq; * MOK bütün idmançılar üçün tələb olunan məlumatları (məkan məlumatları, qalma müddəti) daxil etməlidir; * MOK idmançıların yerləşmə bölgüsündə hər hansı dəyişikliklər olduqda məlumatları yeniləməlidir. Əgər məkan məlumatlarını öz tətbiqiniz vasitəsilə artıq idarə edirsinizsə, tətbiqi kütləvi yükləmələr etməyə imkan verir. Təlimatlar üçün bələdçini oxuyun və dəstək üçün support.rooming@ita.sport ilə əlaqə saxlayın. Alınan məlumatlar tam məxfiliklə idarə olunacaq və yalnız Dopinq Nəzarəti fəaliyyətləri üçün istifadə olunacaq. Məkan məlumatlarının təqdim edilməməsi idmançılar və MOK-lar üçün intizam nəticələrinə səbəb ola bilər. FAYDALI KEÇIDLƏR Faydalı keçidlər IOC ANTIDOPINQ QAYDALARI Daha ətraflı Tİİ ÜÇÜN ƏLAVƏ MƏLUMAT: Daha ətraflı DƏRMANLARIN YOXLANILMASI Daha ətraflı IOC PARIS 2024 SƏHIFƏSI Daha ətraflı PARIS 2024 RƏSMI SƏHIFƏSI Daha ətraflı ITA PARIS 2024 SƏHIFƏSI Daha ətraflı F.A.Q Tez-tez verilən suallar PARIS YAY OLIMPIYA OYUNLARI ZAMANI DOPINQ NƏZARƏTI FƏALIYYƏTLƏRINI KIM HƏYATA KEÇIRIR? Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən Beynəlxalq Test Agentliyinə (ITA) 2024 Paris Yay Olimpiya Oyunları zamanı Dopinq Nəzarəti fəaliyyətlərini həyata keçirmək səlahiyyəti verilmişdir. 2024 PARIS YAY OLIMPIYA OYUNLARI ÜÇÜN BEYNƏLXALQ OLIMPIYA KOMITƏSI (IOC) ANTIDOPINQ QAYDALARININ TƏTBIQ OLUNMA MÜDDƏTI NƏ QƏDƏRDIR? Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Antidopinq Qaydaları Olimpiya Kəndinin açılış (18 iyul 2024-cü il) tarixindən Oyunların Bağlanış Mərasiminədək (11 avqust 2024-cü il) qüvvədədir. OLIMPIYA OYUNLARI ZAMANI NÜMUNƏ TOPLAMA ÜZRƏ SƏLAHIYYƏT HANSI TƏŞKILATA AIDDIR? Paris 2024 Təşkilat Komitəsi Olimpiya Oyunları zamanı Nümunə Toplama Səlahiyyəti üçün cavabdehdir. FRANSA MILLI ANTIDOPINQ AGENTLIYI (AFLD) OLIMPIYA OYUNLARI ZAMANI DOPINQ NƏZARƏTI FƏALIYYƏTLƏRINDƏ HANSI ROLU OYNAYIR? AFLD, Beynəlxalq Test Agentliyi (ITA) ilə sıx əməkdaşlıq edərək Olimpiya Oyunlarından əvvəl və oyunlar zamanı Dopinq Nəzarəti fəaliyyətlərini həyata keçirəcək. 2024 PARIS YAY OLIMPIYA OYUNLARI ZAMANI DOPINQ NƏZARƏTI FƏALIYYƏTLƏRINDƏ ƏSAS ƏMƏKDAŞLIQ EDƏN TƏŞKILATLAR HANSILARDIR? Əsas əməkdaşlıq edən təşkilatlara IOC, ITA, Paris 2024 Təşkilat Komitəsi və Fransa Milli Antidopinq Agentliyi (AFLD) daxildir. OYUNLAR ZAMANI ANTIDOPINQ QAYDA POZUNTUSU (AQP) AŞKAR EDILDIYI HALDA NƏTICƏLƏR NƏDIR? Əgər AQP aşkar edilərsə, ITA nəticələrin idarə edilməsi prosesini həyata keçirəcək, o cümlədən CAS Antidopinq Bölməsinə müraciət edəcək. İdmançı pozuntunun ciddiliyinə görə diskvalifikasiya və dayandırma daxil olmaqla sanksiyalarla üzləşə bilər. Daha ətraflı © Copyright AMADA, 2024. All Rights Reserved. Designed by AMADA