www.sima.az Open in urlscan Pro
5.191.242.3  Public Scan

Submitted URL: http://www.sima.az//
Effective URL: https://www.sima.az/
Submission: On September 03 via api from US — Scanned from IT

Form analysis 0 forms found in the DOM

Text Content

   Məhsullar
   SİMA İmza
   Vətəndaş Fərdi Sahibkar Hüquqi şəxs
   
   SİMA Token
   SİMA KYC
   Biometriya Videozəng
   Resurslar
   Xəbərlər və kampaniyalar
   Bloq
   Texniki sənədlər
   Proqram təminatı
   Sertifikat Siyasəti (CP)
   Sertifikatın Tətbiqi Qaydaları (CPS)
   Haqqımızda
   SİMA haqqında
   Əlaqə
   Tərəfdaş ol
   Məxfilik siyasəti
   Kabinetim
 * Kabinetim

az

SİMA RƏQƏMSAL HƏLLƏR PLATFORMASI

SİMA - SİMA İmza, SİMA Token, SİMA KYC, SİMA Access və SİMA Pay-dən ibarət
rəqəmsal həllər platformasıdır.

 * İndi yüklə
   
YENI NƏSIL RƏQƏMSAL IMZA

SİMA – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil
gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə
ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron
xidmətlər əldə etməyə imkan verir.

İndi yüklə

Ətraflı məlumat
Bütün məhsullar

ELEKTRON SƏNƏDLƏRINI SİMA TOKEN ILƏ IMZALA

SİMA Token – beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual
məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən gücləndirilmiş
elektron imzadır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən,
gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə
imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Müraciət etƏtraflı məlumat
Bütün məhsullar

SİMA-NIN ÜSTÜNLÜKLƏRI

 * 
   Tanınma
   
   Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı
   müəyyən etmək mümkündür.
   
 * 
   Məxfilik
   
   SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün
   məxfiliyi təmin edilir.
   
 * 
   Bütövlük
   
   SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur.
   
 * 
   Təkzibedilməzlik
   
   Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür.
   
SİMA-NIN ÜSTÜNLÜKLƏRI

 * Tanınma
   
   Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı
   müəyyən etmək mümkündür.

 * Məxfilik
   
   SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün
   məxfiliyi təmin edilir.

 * Bütövlük
   
   SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur.

 * Təkzibedilməzlik
   
   Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür.

TƏRƏFDAŞLARIMIZ

“PAŞA Bank”ın əmək haqqı kartı sahibləri nağd pul krediti ilə bağlı sorğu
göndərərkən müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiqləyə
bilərlər.

“Yelo Bank” mobil tətbiqində qeydiyyatdan keçmək üçün SİMA yeni nəsil rəqəmsal
imzadan istifadə etmək mümkündür.

“Bakı Sığorta”dan “KASKO sığorta” və “Əmlak sığorta məhsullarında ipoteka
sığorta” məhsullarını SİMA yeni nəsil rəqəmsal imza ilə əldə etmək mümkündür.

“TuranBank” mobil tətbiq istifadəçiləri əmanətlərin yerləşdirilməsi üçün
müraciət edən zaman müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə imzalaya
bilərlər.

BOKT “AzKredit” mobil tətbiq istifadəçiləri nağd pul krediti üçün müraciət edən
zaman müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə imzalaya bilərlər.

SİMA vasitəsilə “PAŞA Həyat” müştəriləri “Həyatın Yaşam Sığortası” məhsulunu
əldə edə bilərlər.

“Qala Həyat” müştəriləri Şəxsi Kabinetə daxil olmaq və “Həyat Sığortası”
məhsullarını əldə etmək üçün SİMA-dan istifadə edə bilərlər.

“Qala Sığorta” saytında SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə Şəxsi Kabinetə
daxil olmaq mümkündür.

SİMA istifadəçiləri FINDOC-da qeydiyyatdan keçərək öz kredit məlumatlarına baxa
və Şəxsi Kabinetdə sənədlərini elektron qaydada imzalaya bilərlər.

Elektron sənədləri “Etik İmza” saytına yükləyib SİMA yeni nəsil rəqəmsal imza
ilə imzalamaq mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza ilə Azercell “Kabinetim” tətbiqində rəqəmsal kart
əldə etmək mümkündür.

SİMA vasitəsilə “ASAN Login” ilə 80-dən çox portal və sistemə giriş etmək
mümkündür.

SİMA imza vasitəsilə “Kredit Evi”ndə Lombard Krediti məhsulunu əldə etmək
mümkündür.

SİMA istifadəçiləri “Azərİşıq” ASC-ə yeni abonent olaraq qoşulmaq üçün müraciət
edə bilərlər.

ABB Mobile istifadəçiləri şəxsi məlumatların dəyişdirilməsi və debet kartının
sifarişi üçün SİMA-dan istifadə edə bilərlər.

“Embafinans” müştəriləri kreditin əldə edilməsi üçün SİMA-dan istifadə edə
bilərlər.

EPUL istifadəçiləri limitsiz pul köçürmələri və balans artımı, banklar,
mağazalar, ödəniş sistemləri və müxtəlif kateqoriyalar üzrə sürətli ödənişlər,
Azərbaycanın bütün bank kartlarına köçürmələri SİMA vasitəsilə edə bilərlər.

“Azercell”dən eSİM kartını sifariş etmək üçün vətəndaşlar SİMA-dan istifadə edə
bilərlər.

“InvestAZ” müştəriləri bank hesablarının üçün SİMA-dan istifadə edə bilərlər.

“Premium Bank” müştəriləri mobil tətbiq üzərindən plastik kart sifariş etmək
üçün SİMA-dan istifadə edə bilərlər.

“Meqa Həyat Sığorta” müştəriləri Yaşam Sığortası üzrə müraciət etmək üçün SİMA
İmza-dan istifadə edə bilərlər.

SİMA vasitəsilə “Atəşgah Sığorta” müştəriləri əmlak və həyatın sığortalanması
üçün sənədlərini imzalaya bilərlər

<p>SİMA vasitəsilə MJ Financial Services BOKT müştəriləri təyin olunmuş
mağazalardan kreditlə mallar ala bilərlər</p>

<p>SİMA vasitəsilə təhsil müəssisələrinin məsul şəxsləri “Ali və Orta İxtisas
Təhsili Alt Sistemi”nə daxil ola bilərlər</p>

Tərəfdaş ol

ELƏ INDI SİMA RƏQƏMSAL IMZAYA SAHIB OL!

Mobil tətbiqi yükləyin, 3 addımda imza əldə edin.
İndi yüklə

XƏBƏRLƏR

Bütün xəbərlər

ABB DEBET KARTLARINI SİMA KYC ILƏ ONLAYN SIFARIŞ ET!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə
Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında yeni əməkdaşlığa start verilib.

AzInTelecom tərəfindən yaradılmış SİMA KYC rəqəmsal məhsulu artıq ABB-nin bütün
debet kartlarının sifarişi zamanı istifadə oluna bilər. Bu yenilik banka məxsus
istənilən debet kartı filiala getmədən sifariş etmək imkanı yaradır. İndi bankın
rəsmi veb saytına (www.abb-mobile.az) daxil olaraq istənilən debet kartı əldə
etmək üçün onlayn şəkildə müraciət göndərmək mümkündür. Vətəndaşlar müraciətin
sonunda SİMA KYC ilə kimliyini rəqəmsal formada təsdiqlədə bilərlər.

Belə ki, təsdiq prosesi zamanı sifarişçinin kimliyini və həqiqiliyini müəyyən
etmək üçün veb səhifədə kamera açılacaq. Bu zaman kartı sifariş edən şəxs üzünü
ekrandakı çərçivə istiqamətində tutmalı və foto çəkməlidir. Bundan sonra artıq
kart sifarişi uğurla tamamlanacaq və vətəndaş geniş funksionallıqlara malik ABB
kartlarını heç yerə getmədən sifariş etmiş olacaq. Qeyd olunan bütün proses cəmi
bir neçə dəqiqə ərzində başa çatacaq.

Qeyd edək ki, SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu
oynamaqla qurumlara müştərilər barəsində müvafiq məlumatı real vaxt rejimində
əldə etmək imkanı verir. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım
olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı
məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə
edə bilərsiniz.

10.07.2024

“AZƏRPOÇT”UN İNTERNET BANKÇILIQ XIDMƏTINDƏN “SİMA İMZA” ILƏ ISTIFADƏ IMKANI
YARADILIB

“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Azərpoçt”
MMC-nin İnternet bankçılıq xidmətinə uğurla inteqrasiya olunub.

Belə ki, birgə aparılmış işlər nəticəsində xidmətin portalında şəxsi kabinetə
digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olmaq imkanı
yaradılıb. Portala giriş etdikdən sonra sürətli ödənişlər və köçürmə
proseslərini “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalayaraq reallaşdırmaq
mümkündür.

Qeyd edək ki, mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar, o
cümlədən “Azərpoçt” istifadəçiləri üçün tam pulsuzdur. “SİMA İmza”nın
“Azərpoçt”un İnternet bankçılıq xidmətinə inteqrasiyası istifadəçilərinə sürətli
və istənilən sayda imzalama imkanı qazandırır. Həmçinin bu xidmət sayəsində
hüquqi şəxslər və fərdi sahibkarlar heç yerə getmədən olduqları yerdən elektron
xidmətlərdən istifadə edə bilərlər.

Bu xidmətdən istifadə etmək istəyən şəxslər “Azərpoçt”un müştəri xidmətləri
şöbələrinə müraciət edə bilərlər.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az
saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

21.05.2024

"SİMA BIZNESDƏ RƏQƏMSAL TRANSFORMASIYANI SÜRƏTLƏNDIRIB" - NAZIR MÜŞAVIRI RƏŞAD
BAYRAMOV

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovun
"APA-Economics"ə müsahibəsi.

 * 
   
- Məlum olduğu kimi, Azərbaycan innovasiyayönümlü iqtisadiyyat yolunu tutub.
İnnovasiyaya aparan yol rəqəmsal transformasiyadan keçir. Ölkəmizdə rəqəmsal
transformasiyaya dəstək olmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
tərəfindən hansı layihələr həyata keçirilir?

- Nazirlik və tabeli qurumlar, əsasən, ölkənin rəqəmsal transformasiyasını
dəstəkləmək üçün bir sıra layihələr üzərində işləyirlər. Bu layihələr rəqəmsal
infrastrukturu təkmilləşdirmək, innovasiyaları təşviq etmək və nəqliyyat
sektorunda səmərəliliyi artırmaq məqsədi daşıyır. Məsələn, “mygov” , “SİMA
İmza”, “BakıKart” və “AzParking” mobil tətbiqləri, “Hökumət buludu” və digər
fərqli istiqamətlər üzrə bir çox layihələrimiz var.

- Bu layihələrin vətəndaş və qurumlara verdiyi üstünlüklər hansılardır?

- RİNN-in tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin
rəqəmsal infrastrukturunun gücləndirilməsi, rəqəmsal xidmət və həllərin
əlçatanlığının təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və insan
kapitalının inkişaf etdirilməsi üzrə əhəmiyyətli işlər görür. Az əvvəl adını
çəkdiyim “mygov” rəqəmsal hökumət portalı dövlət xidmətlərinin yeni yanaşma
əsasında, yəni həyat hadisələri əsasında başdan-başa tam rəqəmsallaşdırılmış
şəkildə və vətəndaşyönümlü formada təqdim olunması ilə bağlı atılan önəmli
addımlardandır. Hazırda “mygov” rəqəmsal hökumət platformasında doğumun
qeydiyyatı, nikahın qeydiyyatı və ölümün qeydiyyatı kimi bir neçə həyat
hadisələri tam olaraq rəqəmsallaşdırılıb və yaxın zamanlarda vətəndaşların
istifadəsinə veriləcək. Eyni zamanda sorğulanan fərdi məlumatların vətəndaş
tərəfindən icazəsinin idarə edilməsi təmin edilib. Vətəndaşlar öz fərdi
məlumatlarına tam şəkildə nəzarəti həyata keçirə bilir. Bununla yanaşı, bu
yaxınlarda Agentlik tərəfindən rəqəmsal xidmətlərə vahid giriş sistemi –
“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə
verilib. Bu versiyada vətəndaşlar vahid girişlə 140-dan çox hökumət portalından
maneəsiz və təhlükəsiz formada istifadə edə biləcəklər. Bütün bu
funksionallıqlar, atılan vətəndaşyönümlü addımlar dövlət-vətəndaş
münasibətlərində səmərəlilik və məmnuniyyət baxımından yeni səhifə açır.

- Azərbaycanda rəqəmsallaşma istiqamətində görülən işlər ətraf mühitin
qorunmasına necə töhfə verir?

- Bu məqsədlə “Kağızsız hökumət”ə keçid istiqamətində işlər davam edir.
Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli
Fərmanına əsasən, İRİA tərəfindən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi
hazırlanıb. Dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla
altsistemə hazırda 1083 qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi
altsistemindən istifadə etməklə ümumilikdə 500 mindən çox kağıza qənaət edilib.
Ümumiyyətlə deyim ki, istiqamətlər fərqli olsa da, əsas məqsəd vətəndaşlara,
biznesə və dövlət qurumlarına fayda verən güclü rəqəmsal ekosistem yaratmaqdır.

- Rəşad müəllim, “Hökumət buludu”nu qeyd etdiniz. Son dövrlərdə mediada dövlət
qurumlarının informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası haqda
mütəmadi məlumatlar görürük. Bu layihənin məqsədi nədir və dövlət qurumlarına
hansı formada töhfə verir?

- “Hökumət buludu” layihəsi Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşmasında
mühüm əhəmiyyət daşıyır. RİNN-in tabeliyindəki “AzInTelecom” tərəfindən həyata
keçirilən layihə çərçivəsində dövlət qurumlarına məxsus məlumatlar və
informasiya sistemləri data mərkəzlərində saxlanılmaqdadır. Əsas məqsədimiz
“bulud” xidmətləri üçün texnoloji mühitin təmini, dolayı yolla dövlət qurumları
üçün informasiya sistemlərinin dayanıqlı formada saxlanmasının təşkili və
elektron xidmətlərin fasiləsiz işləkliyinin təmin edilməsidir. İT sistemlərini
“bulud”a köçürməklə qurumlar məlumatların əlçatanlığına qarşı riskləri minimuma
endirir. “Hökumət buludu” həm də dövlət qurumlarının İT sistemlərinin vahid
mərkəzdən idarə olunması, nəticədə əlavə xərclərin azalması deməkdir. Bundan
başqa, Yevlaxda tikilmiş alternativ Data Mərkəz Bakı Data Mərkəzində yaşana
biləcək mümkün dayanmalar zamanı xidmətin fasiləsizliyini təmin edir.

- Bildirdiniz ki, dövlət qurumları “Hökumət buludu” layihəsindən faydalana
bilirlər. Bəs kiçik və orta biznesin rəqəmsal mühitə transformasiyası üçün hansı
işlər görülür? “Bulud” xidmətləri üzrə bu təbəqə üçün yeniliklər gözlənilirmi?

- Təbii ki, dövlət qurumları ilə yanaşı, biz kiçik və orta biznesin (KOB)
rəqəmsal transformasiyasını eyni dərəcədə dəstəkləyirik. Kiçik və orta biznesin
“bulud” xidmətlərinə çıxışını təmin etmək və onlara bugünkü bazarda daha
effektiv rəqabət, rəqəmsal mühit yaratmaq üçün təşəbbüslərimiz davam etdirilir.
Sözsüz ki, bu təbəqədən olan qurumlar da “bulud” xidmətlərindən istifadədə
maraqlı olmalıdır. Bizim qapılarımız hər zaman onlara açıqdır. Yeniliklərə
gəlincə, yaxın gələcəkdə “AzInTelecom” və Avropanın ən böyük “bulud” provayderi
“G-Core” şirkəti arasında əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində portal
hazırlanıb. Özəl şirkətlər, hətta fərdlər portal üzərindən “bulud” xidmətləri
əldə edə bilərlər. “G-Core”la partnyorluğu olan 50-dən çox ölkənin şirkətləri
Azərbaycandakı data mərkəzləri üzərindən “bulud” xidmətləri ala bilərlər. Bundan
başqa, “AzInTelecom” dünya nəhəngləri sayılan “Microsoft”, “Amazon”, “Google”
kimi şirkətlərin “bulud” texnologiyaları istiqamətində Azərbaycana cəlb edilməsi
üçün danışıqlar aparır.

- Az əvvəl nazirliyin layihələri sırasında qeyd etdiyiniz “SİMA İmza”dan
danışmaq istəyərdim. Bu yaxınlarda tətbiqin 1 milyondan çox istifadəçiyə çatdığı
açıqlandı. Ümumiyyətlə, “SİMA İmza” ekosistemə hansı yeniliklər gətirdi ki, qısa
müddətdə bu qədər istifadəçiyə çata bildi?

- “SİMA İmza” Azərbaycanın dövlət-özəl tərəfdaşlığı əsasında yaradılan
gücləndirilmiş elektron imzadır. Daha dəqiq desək, biz bu məhsulu yeni nəsil
rəqəmsal imza adlandırırıq. Çünki “SİMA İmza” heç yerə getmədən pulsuz şəkildə
əldə oluna bilən imzadır. Düşünün ki, sizin virtual aləmdəki rəqəmsal imzanız
daimi olaraq mobil telefonunuzda, cibinizdədir.

SİMA yaradılmamışdan əvvəlki araşdırmamız göstərmişdi ki, elektron imzadan daha
çox sahibkarlar və dövlət qurumları istifadə edirlər. Bir neçə il əvvələ qədər
vətəndaşlar məcbur olmadıqca xidmət məntəqəsinə gedib elektron imza almaqda
maraqlı deyildilər. Amma cəmiyyət sürətlə rəqəmsallaşdıqca, vətəndaşların da bu
prosesə qoşulması zərurətə çevrilirdi. Artıq vətəndaşın heç yerə getmədən əldə
edə biləcəyi bir elektron imzaya ehtiyac vardı. Biz də SİMA ilə bu imkanı
vətəndaşlar üçün təqdim etdik. Həm də tamamilə pulsuz əldə oluna bilən bir
rəqəmsal imza. Etiraf edək ki, bir xidməti əldə etmək üçün hansısa məntəqəyə
getmək, orada növbə gözləmək və s. kimi məsələlər vətəndaşı yoran amillərdir.
İndi vətəndaş evində oturub mobil telefonla saniyələr ərzində rəqəmsal imza əldə
edə bilirsə, bu imza ilə elektron xidmətlərə çata bilirsə, biz artıq vətəndaş
məmnunluğundan danışa bilərik. İstifadəçi rəyləri əsasında SİMA-da davamlı
təkmilləşdirmələr aparılır, onun funksionallığı və əlçatanlığı genişləndirilir.
Bu da onu qısa zamanda 1 milyondan çox istifadəçiyə çatdırıb. Bu arada yüklənmə
sayı artıq 1,2 milyona çatıb.

- “SİMA İmza” ilə hazırda vətəndaşlar hansı xidmətlərdən istifadə edə bilirlər?

- Demək olar ki, “SİMA İmza” vətəndaşlar üçün ən vacib dövlət xidmətlərinə
inteqrasiya edilib. Məsələn, “Digital login” üzərindən 80-dən çox dövlət
portalına giriş “SİMA İmza” ilə əlçatandır. Yaxud ƏMAS portalında əmək
müqavilənizi onlayn imzalaya bilirsiniz. “Elektron məhkəmə” sistemində məhkəmə
iddiası qaldırmaq olur. “İnternet Vergi İdarəsi” portalında VÖEN ala bilirsiniz.
MİDA-nın “Güzəştli mənzil” sistemi üzərindən mənzil satışında iştirak edə
bilirsiniz. Yaxud “Smart Customs”da mallarınızı bəyan edirsiniz və s. Bunlar
hamısı “SİMA İmza” ilə mümkündür.

Qeyd edim ki, artıq vətəndaşlar və fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslər
üçün də “SİMA İmza” əlçatandır. Ümumilikdə 1000-dən çox elektron xidmət “SİMA
İmza” ilə əlçatandır.

Hüquqi şəxslər üçün “SİMA İmza” almaq biznes sektorunun rəqəmsallaşmasına necə
töhfə verəcək?

- Hüquqi şəxslərin “SİMA İmza” əldə etməsi də sadə prosedurdur. İmza xidmət
məntəqəsinə getmədən rəqəmsal şəkildə əldə edilir. “SİMA İmza” tətbiqində hüquqi
şəxs sertifikatının alınması üçün ilk olaraq vətəndaş qismində qeydiyyatdan
keçmək, daha sonra tətbiqdə “Sertifikat əlavə et” bölməsindən hüquqi şəxsin VÖEN
məlumatlarını daxil etmək lazımdır. Şirkətin, yəni hüquqi şəxsin istənilən
əməkdaşına sima.az saytında imza səlahiyyətinin verilməsi də mümkündür. Məlum
məsələdir ki, biznes rəhbərlərinin vaxtı, necə deyərlər, “qızıl”dır. Ona görə də
SİMA onlar üçün vaxt itkisini minimuma endirir. İş prosesi sadələşir, kağız
sənədləşmə işləri azalır, bununla da biznesdə rəqəmsal transformasiya
sürətlənir.

- “Bulud” xidmətləri və SİMA yeni nəsil rəqəmsal imzanın gələcək istiqamətləri
ilə bağlı hansı strateji planlarınız var? Həm milli, həm qlobal səviyyədə...

- Milli səviyyədə əsas diqqət “bulud” xidmətlərinin genişləndirilməsinə, “SİMA
İmza”nın bütün vətəndaşlar tərəfindən əldə olunmasına, kibertəhlükəsizliyin
gücləndirilməsinə və rəqəmsal savadlılığın təşviqinə yönəlib. Xüsusilə “SİMA
İmza”nın daxil olduğu SİMA rəqəmsal həllər platforması ilə bağlı yeniliklər
nəzərdə tutulur. Belə ki, virtual aləmdə vətəndaşların üztanıma vasitəsilə
eyniləşdirilməsini təmin edən “SİMA KYC” məhsulu artıq istifadədədir. “SİMA
Access” adlı məhsul var ki, insanların binalara mühafizə postlarında gözləmədən
biometriya texnologiyası əsasında daxil olmasını təmin edir. Bu məhsul pilot
layihə kimi “AzInTelecom”un öz binasında tətbiq edilir. Üz vasitəsilə ödənişi
nəzərdə tutan “SİMA Pay” məhsulu isə gələcəkdə istifadəyə veriləcək.

Qlobal səviyyəyə gəlincə, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək,
ən yaxşı təcrübələri bölüşmək və ekosistemə töhfə vermək istəyir. Məqsədimiz
xidmətlərin əhatə dairəsini genişləndirməklə ölkə daxilində iqtisadi artıma
təkan vermək, eyni zamanda Azərbaycanı qlobal miqyasda rəqəmsallaşmada lider
ölkələrdən birinə çevirməkdir.

- Gələcəyə baxsaq, rəqəmsal transformasiyada növbəti sərhəd kimi nəyi
görürsünüz?

- Yaxın gələcək üçün növbəti sərhəd süni intellekt, blokçeyn və “əşyaların
interneti” kimi görünür. Bu texnologiyalar sənayedə inqilab etmək, iqtisadiyyatı
yenidən formalaşdırmaq üçün böyük potensiala malikdir. Biz isə rəqəmsallaşmada
sərhədləri böyütdükcə, innovasiyanı qəbul etdikcə davamlı inkişafa nail
olacağıq.

17.05.2024

“GRAND-MART” BÜTÜN SƏNƏDLƏŞMƏ IŞLƏRINI “SİMA İMZA” ILƏ RƏQƏMSALLAŞDIRIB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC
tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini
genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran
növbəti qurum “Grand-Mart” MMC olub.

“SİMA İmza” müəssisədə daxili sənədlərin imzalanması portalına inteqrasiya
edilib. İnteqrasiya sayəsində müəssisəyə daxil olan şirkətlərdə bütün sənədləşmə
işləri elektronlaşdırılıb. Bundan başqa, yeni işçilərin işə qəbulu zamanı əmək
müqavilələrininin imzalanması, mövcud işçilərin isə əmək fəaliyyəti ilə bağlı
digər işlərinin rəsmiləşdirilməsi proseslərində sənədlərin “SİMA İmza” ilə
imzalanmasına başlanılıb.

Qeyd edək ki, “Grand-Mart” MMC-ə “Grandmart”, “Megastore”, “Bizim market”,
“Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.

SİMA yeni nəsil rəqəmsal imza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün
bir sıra üstünlüklər yaradır. Hər iki seqment üzrə maliyyə xərcləri azalır və
vaxt itkisinin qarşısı alınır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna
bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda
imzalama imkanı da qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın
ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza
ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə
əlaqə saxlayaraq əldə edə bilərsiniz.

30.08.2024

BANKA GETMƏDƏN “SİMA İMZA” ILƏ ONLAYN ƏMANƏT HESABI AÇIN!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC
tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza Yelo Bank-la yeni
tərəfdaşlığa start verib.

Artıq bankın “Onlayn Əmanət” xidmətindən “SİMA İmza” vasitəsilə filiala getmədən
yararlanmaq mümkündür. Müştərilər bir neçə dəqiqəyə “Yelo” mobil tətbiqində
“Yelo Sabit” və “Yelo Yığım” əmanət məhsullarını əldə edə bilərlər. Xidmətdən
istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir.

Əmanət məbləğini həm Yelo Bank-dan olan kart və ya cari hesabdan, həmçinin
tətbiqə əlavə edilmiş digər bank kartlarının balansından köçürmək mümkündür.
Müştəri tətbiqdə bütün mərhələləri tamamladıqdan sonra sənədləri “SİMA İmza” ilə
imzalayaraq bütün prosesi tam onlayn şəkildə reallaşdırmış olur. Müraciət
təsdiqləndikdən dərhal sonra əmanət hesabı aktivləşir. Bundan sonra müştərilər
“Yelo” mobil tətbiqində qazancına 24/7 nəzarət edə bilərlər.

Qeyd edək ki, bu, “SİMA İmza”nın Yelo Bank ilə ilk tərəfdaşlığı deyil. Daha
əvvəlki (2022-ci ildə olan) tərəfdaşlığa əsasən Yelo Bank-ın müştəriləri “Yelo”
mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçə bilirlər.

“SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə mobil
telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə
vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha
ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə
saxlayaraq əldə etmək olar.

27.08.2024

“SİMA İMZA” ILƏ OLDUĞUN YERDƏN MIKROKREDIT ƏLDƏ ET!

genişləndirməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini
rəqəmsallaşdıran növbəti qurum “Kredaqro” BOKT olub.

Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Kredaqro” mobil tətbiqi
üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya
bilərlər. Bunun üçün əvvəlcə tətbiqdə qeydiyyatdan keçmək, daha sonra onlayn
şəkildə kredit müraciəti göndərmək lazımdır. Müraciət bir neçə dəqiqə ərzində
araşdırılacaq və təsdiqləndiyi halda müştəriyə onlayn şəkildə imzalaması üçün
sənədlər təqdim olunacaq. Müştəri həmin sənədləri SİMA yeni nəsil rəqəmsal imza
ilə onlayn şəkildə imzalamaqla vəsaiti özünə məxsus istənilən bank kartına
köçürəcək. Bununla da vətəndaşlar heç yerə getmədən kredit əldə etmiş olacaqlar.

Qeyd edək ki, “Kredaqro” tətbiqindəki onlayn kredit müraciəti yalnız 500 manata
qədər olan mikrokreditlərə şamil edilir. Sistem 24/7 rejimdə işlədiyindən
vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə
kredit müraciəti göndərə bilərlər.

SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son
qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil
rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157”
Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

23.08.2024

“MPAY” ÖDƏNIŞLƏRI “SİMA İMZA” ILƏ LIMITSIZ VƏ RAHATDIR!

tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “MPAY” elektron pulqabısına
inteqrasiya edilib.

Artıq müştərilər “MPAY” mobil tətbiqindəki 300 manatdan yuxarı ödənişlər və pul
köçürmələri zamanı tələb olunan kimliyin təsdiqlənməsi prosesini “SİMA İmza”
vasitəsilə rahatlıqla həyata keçirə bilərlər. Qeyd edilən məbləğdə ilk dəfə
ödəniş edən müştəri avtomatik olaraq “Eyniləşdirmə” bölməsinə yönləndirilir.
Burada o, “SİMA İmza”nın üztanıma testindən keçməli və ödənişi (köçürməni)
həyata keçirən şəxsin həqiqətən özü olduğunu təsdiq etməlidir. Üztanıma tələbi
yalnız bir dəfə tətbiq olunur və sonrakı ödənişlərdə müştəri özü təyin etdiyi
PIN kodu daxil etməklə böyükhəcmli pul köçürmələrini reallaşdıra bilir.

Qeyd edək ki, SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən
asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. “SİMA
İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və
istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı
artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA yeni nəsil

22.08.2024

MYNUMBER.AZ-DA ISTƏDIYIN NÖMRƏNI “SİMA İMZA” ILƏ SIFARIŞ ET!

növbəti şirkət “MyGroup Holdinq” MMC olub.

“SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata
keçirən “MyNumber” şirkətinin rəsmi saytına (mynumber.az) inteqrasiya edilib.
İnteqrasiya sayəsində “mynumber.az” saytından mobil nömrə sifariş edən
vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA
İmza” sahibi olan hər kəs “mynumber.az” saytında (yuxarı sağ küncdə)
yerləşdirilən SİMA bölməsinə klikləyib, QR kodu skan etməklə məlumat bölməsini
avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla
reallaşdırmaq və adına rəsmiləşdirmək mümkündür.

Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur.
Sadəcə mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən
istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı
daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə
saxlayaraq əldə edə bilərsiniz.

19.08.2024

“SİMA İMZA” ILƏ “AZPULMAT”DA ANINDA KREDITINI RƏSMILƏŞDIR!

genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran
növbəti qurum “Azpul” MMC olub.

Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Azpulmat” tətbiqi üzərindən
onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilirlər.
Proses zamanı əvvəlcə kredit müraciəti göndərən vətəndaşın üz təsviri ilə
kimliyi müəyyən edilir. Ardınca ona birdəfəlik istifadə üçün elektron imza
yaradılır və müştəri imza üçün özünə 6 rəqəmli parol təyin edir. Daha sonra
vətəndaş onlayn kredit müqaviləsini həmin parolu daxil etməklə imzalaya bilir.
Müqaviləni imzaladıqdan sonra müştəri vəsaiti Azpulmat terminallarında, Azərpoçt
filiallarında və ya özünə məxsus istənilən debet kartına köçürməklə nağdlaşdıra
bilər.

Qeyd edək ki, sistem 7/24 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən
saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə kredit götürə bilərlər.
Tətbiqdə kredit müqaviləsinin biometriya texnologiyası ilə təsdiqlənməsi
dələduzların vətəndaşların adından istifadə edərək kredit götürməsinin qarşısını
alır.

08.08.2024

SİMA-NIN YENI VIDEOZƏNG HƏLLI ISTIFADƏYƏ VERILDI

tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli
istifadəyə verilib.

Tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll
bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında
hazırlanıb.

Videozəng həlli  müştərilər və maliyyə qurumları arasında təhlükəsiz
videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən
hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və
qaydalarına tam şəkildə uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində
Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin
eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu
müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və
dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, SİMA-nın Videozəng həlli banklara məsafədən hesab açılması
əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir.
Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng”

29.07.2024

 * SİMA İmza
 * SİMA Token

Resurslar
 * Xəbərlər və kampaniyalar
 * Bloq
 * Proqram təminatı
 * Texniki sənədlər

Haqqımızda
 * SİMA haqqında
 * Əlaqə
 * Tərəfdaş ol
 * Məxfilik siyasəti

SİMA © 2022. Bütün hüquqlar qorunur

SİMA-nın üstünlükləri