sima.az
Open in
urlscan Pro
5.191.242.3
Public Scan
Submitted URL: http://sima.az/
Effective URL: https://sima.az/
Submission: On April 30 via manual from AZ — Scanned from DE
Effective URL: https://sima.az/
Submission: On April 30 via manual from AZ — Scanned from DE
Form analysis
0 forms found in the DOMText Content
UPDATE SİMA artıq fərdi sahibkarların istifadəsində! Daha ətraflı × Məhsullar SİMA * Vətəndaş * Fərdi Sahibkar SİMA Token Resurslar Xəbərlər və kampaniyalar Texniki sənədlər Proqram təminatı Haqqımızda SİMA haqqında Əlaqə Tərəfdaş ol Məxfilik siyasəti * Tərəfdaş ol az SİMA RƏQƏMSAL HƏLLƏR PLATFORMASI SİMA – elektron və rəqəmsal imza, rəqəmsal ödəniş və vaxt möhüründən ibarət rəqəmsal həllər platformasıdır. * İndi yüklə YENI NƏSIL RƏQƏMSAL IMZA SİMA – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. İndi yüklə Ətraflı məlumat Bütün məhsullar ELEKTRON SƏNƏDLƏRINI SİMA TOKEN ILƏ IMZALA SİMA Token – beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən gücləndirilmiş elektron imzadır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. Müraciət etƏtraflı məlumat Bütün məhsullar SİMA-NIN ÜSTÜNLÜKLƏRI * Tanınma Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı müəyyən etmək mümkündür. * Məxfilik SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün məxfiliyi təmin edilir. * Bütövlük SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur. * Təkzibedilməzlik Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür. SİMA-NIN ÜSTÜNLÜKLƏRI * Tanınma Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı müəyyən etmək mümkündür. * Məxfilik SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün məxfiliyi təmin edilir. * Bütövlük SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur. * Təkzibedilməzlik Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür. TƏRƏFDAŞLARIMIZ “PAŞA Bank”ın əmək haqqı kartı sahibləri nağd pul krediti ilə bağlı sorğu göndərərkən müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə təsdiqləyə bilərlər. “Yelo Bank” mobil tətbiqində qeydiyyatdan keçmək üçün SİMA yeni nəsil rəqəmsal imzadan istifadə etmək mümkündür. “Bakı Sığorta”dan “KASKO sığorta” və “Əmlak sığorta məhsullarında ipoteka sığorta” məhsullarını SİMA yeni nəsil rəqəmsal imza ilə əldə etmək mümkündür. “TuranBank” mobil tətbiq istifadəçiləri əmanətlərin yerləşdirilməsi üçün müraciət edən zaman müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə imzalaya bilərlər. BOKT “AzKredit” mobil tətbiq istifadəçiləri nağd pul krediti üçün müraciət edən zaman müvafiq sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə imzalaya bilərlər. SİMA vasitəsilə “PAŞA Həyat” müştəriləri “Həyatın Yaşam Sığortası” məhsulunu əldə edə bilərlər. “Qala Həyat” müştəriləri Şəxsi Kabinetə daxil olmaq və “Həyat Sığortası” məhsullarını əldə etmək üçün SİMA-dan istifadə edə bilərlər. “Qala Sığorta” saytında SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə Şəxsi Kabinetə daxil olmaq mümkündür. SİMA istifadəçiləri FINDOC-da qeydiyyatdan keçərək öz kredit məlumatlarına baxa və Şəxsi Kabinetdə sənədlərini elektron qaydada imzalaya bilərlər. Elektron sənədləri “Etik İmza” saytına yükləyib SİMA yeni nəsil rəqəmsal imza ilə imzalamaq mümkündür. SİMA yeni nəsil rəqəmsal imza ilə Azercell “Kabinetim” tətbiqində rəqəmsal kart əldə etmək mümkündür. SİMA vasitəsilə “ASAN Login” ilə 80-dən çox portal və sistemə giriş etmək mümkündür. SİMA imza vasitəsilə “Kredit Evi”ndə Lombard Krediti məhsulunu əldə etmək mümkündür. SİMA istifadəçiləri “Azərİşıq” ASC-ə yeni abonent olaraq qoşulmaq üçün müraciət edə bilərlər. “Bank BTB” müştəriləri istehlak məhsullarının əldə etmək üçün SİMA-dan istifadə edə bilərlər. ABB Mobile istifadəçiləri şəxsi məlumatların dəyişdirilməsi və debet kartının sifarişi üçün SİMA-dan istifadə edə bilərlər. “Embafinans” müştəriləri kreditin əldə edilməsi üçün SİMA-dan istifadə edə bilərlər. EPUL istifadəçiləri limitsiz pul köçürmələri və balans artımı, banklar, mağazalar, ödəniş sistemləri və müxtəlif kateqoriyalar üzrə sürətli ödənişlər, Azərbaycanın bütün bank kartlarına köçürmələri SİMA vasitəsilə edə bilərlər. “Azercell”dən eSİM kartını sifariş etmək üçün vətəndaşlar SİMA-dan istifadə edə bilərlər. “InvestAZ” müştəriləri bank hesablarının üçün SİMA-dan istifadə edə bilərlər. “Premium Bank” müştəriləri mobil tətbiq üzərindən plastik kart sifariş etmək üçün SİMA-dan istifadə edə bilərlər. Tərəfdaş ol ELƏ INDI SİMA RƏQƏMSAL IMZAYA SAHIB OL! Mobil tətbiqi yükləyin, 3 addımda imza əldə edin. İndi yüklə XƏBƏRLƏR Bütün xəbərlər SİMA YENI NƏSIL RƏQƏMSAL IMZA “VERGI VƏ MÜHASIBATLIQ ZIRVƏSI”NDƏ! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Martın 11-də “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim ediləcək. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlara bu günədək təqdim etdiyi xidmətlər və sahibkarlar üçün nəzərdə tutulan həll çərçivəsində göstəriləcək xidmətlər barədə ətraflı məlumat veriləcək. “Vergi və Mühasibatlıq Zirvəsi”ndə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasının qərarverici şəxsləri, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirin məqsədi yeniliklərin innovativ həlləri diktə etdiyi, paralel olaraq, qanunların yeniliyini izlədiyimiz dövrdə mühasib peşəsinin gələcəyinin müzakirə olunduğu platforma rolunu oynamaqdır. Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətlərə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 10.03.2023 SİMA ILƏ “PREMIUM BANK” TƏRƏFDAŞ OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşdı və beləliklə, SİMA ilə sözügedən bank tərəfdaş oldu. Tərəfdaşlığa əsasən “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir. SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 03.03.2023 İNVESTISIYA IMKANLARI SİMA ILƏ DAHA ƏLÇATAN OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Azərbaycan investisiya vasitəçiliyi bazarında fəaliyyət göstərən “InvestAz” şirkəti SİMA-nın növbəti tərəfdaşı oldu. Bundan sonra “InvestAz” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb-sayt üzərindən real hesab aça biləcəklər. SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 26.12.2022 SİMA ILƏ “MEQA HƏYAT SIĞORTA”DAN HƏYATIN YAŞAM SIĞORTASINI ƏLDƏ ET! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza sığorta sahəsində tərəfdaş çevrəsini genişləndirməyə davam edir. SİMA rəqəmsal imza artıq “Meqa Həyat Sığorta” ASC ilə inteqrasiya prosesini yekunlaşdırıb. İndi vətəndaşlar sığorta şirkətinin portalında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsilə Həyatın Yaşam Sığortası üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”ni (FATCA/CRS) SİMA vasitəsilə rahat və çevik şəkildə imzalaya biləcəklər. SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar anketi kağız daşıyıcıda əllə doldururdular. “Meqa Həyat Sığorta” şirkəti vətəndaşlara təqdim etdiyi bu xidməti indi SİMA yeni nəsil rəqəmsal imza ilə elektronlaşdırıb. Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərclərinə qənaət etməsinə xidmət edəcək. Qeyd edək ki, SİMA ilə “Meqa Həyat Sığorta” ASC-nin digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə “Kredit həyat sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 28.04.2023 ARTIQ FƏRDI SAHIBKARLAR DA SİMA IMZADAN ISTIFADƏ EDƏCƏKLƏR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həlli hazırlanaraq istifadəyə verilib. Artıq fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar. Belə ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə 3 illik ödənişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib. SİMA yeni nəsil rəqəmsal imzanın sahibkar həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində elan olunduqdan sonrakı bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək üç aylıq abunə tarifini pulsuz əldə edəcəklər. SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. Bununla da fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər. Eyni zamanda B2B (business-to-business – biznesdən biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər. B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar. Qeyd edilən prosesləri həyata keçirmək üçün fərdi sahibkarlar kommersiya qurumlarından müvafiq sənədi istənilən kommunikasiya alətləri vasitəsilə əldə edib SİMA mobil tətbiqində imzalayaraq eyni üsulla geri göndərə biləcəklər. Eyni proses B2B (biznesdən biznesə) və B2C (biznesdən vətəndaşa) xidmətlərindən yararlanarkən də keçərlidir. SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradır. Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq aşağıdakı portallara giriş əldə edirlər: E-customs portalında: – İdxal olunan məhsulların bəyan edilməsi; – Şəxsi hesab e-vərəqəsinə giriş. E-gov portalında: – Dövlət elektron xidmətlərindən istifadə (37 portala giriş). Əmək Münasibətləri və Məşğulluq altsistemində: – Əmək bildirişlərinin əlavə edilməsi. Lisenziyalar və icazələr portalında: – İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi. Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir. Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. Artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkarlıq fəaliyyəti göstərən hər kəs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə səbəb olacaq. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın sima.az rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 27.04.2023 SİMA ILƏ ABB-DƏN DEBET KARTINI ANINDA SIFARIŞ EDIN! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA-nın tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni nəsil rəqəmsal imza vasitəsilə təqdim etdiyi xidmətləri genişləndirməyə davam edir. İndi vətəndaşlar “ABB mobile” tətbiqində yeni debet kart sifarişini SİMA yeni nəsil rəqəmsal imza ilə cəmi bir neçə saniyəyə həyata keçirəcəklər. SİMA imza həlli ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə ehtiyac qalmır. Bu zaman kart sifarişi daha da rahat və sürətli keçir. İstənilən debet kartını anında sifariş etmək mümkün olur. Daha əvvəl həyata keçirilən inteqrasiya nəticəsində isə “ABB Mobile” istifadəçiləri şəxsi məlumatlarını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə anında dəyişə bilirlər. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanını da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 17.04.2023 SİMA VASITƏSILƏ XARICI VƏTƏNDAŞLARA DA RƏQƏMSAL IMZANIN VERILMƏSI PLANLAŞDIRILIR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Azərbaycan və Rusiya Federasiyasının paytaxtlarında paralel olaraq canlı bağlantı formatında keçirilən “MOSKVA – BAKI: informasiya texnologiyaları sahəsində əməkdaşlıq” biznes konfransında iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın informasiya texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün birgə addımlar atmaq idi. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlər və təşkilatlar arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafına həsr olunan konfransda rəsmi nümayəndələr, eləcə də texnologiya və ticarət sahəsi üzrə strateji şirkətlərin rəhbərləri iştirak ediblər. Konfrans zamanı “AzInTelecom” MMC-nin Kommersiya departamentinin Məhsul və xidmətlər şöbəsinin müdiri Fərrux Fərəcullayev şirkətin təqdim etdiyi rəqəmsal həllər barəsində ətraflı məlumat verib. Bildirib ki, “AzInTelecom” MMC-nin hazırladığı rəqəmsal məhsullar vətəndaşların və təşkilatların həyata keçirdiyi proseslərin çevik və rahat formada icra edilməsini təmin edir. Həmçinin şirkətin tətbiq etdiyi müasir informasiya texnologiyaları və bulud həlləri Azərbaycanın dövlət strukturlarının və cəmiyyətin rəqəmsal transformasiyasını sürətləndirir. F.Fərəcullayev qeyd edib ki, “AzInTelecom” MMC-nin bir il əvvəl istifadəyə verdiyi SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib: “Hazırda istifadə edilən həll vətəndaşlar üçün nəzərdə tutulan rəqəmsal imzadır. Yaxın müddətdə SİMA-nın fərdi sahibkarlar üçün həllinin də istifadəyə verilməsi planlaşdırılır. Növbəti mərhələdə isə hüquqi şəxslər və dövlət qurumları üçün SİMA rəqəmsal imza həllinin istifadəyə verilməsi nəzərdə tutulur. SİMA həlli vasitəsilə Azərbaycana qanuni əsaslarla miqrasiya etmiş xarici vətəndaşlara da rəqəmsal imzanın verilməsi planlaşdırılır. Bu günədək SİMA yeni nəsil rəqəmsal imzanın 20-dən çox tərəfdaşı ilə bir neçə xidmətin inteqrasiyası yekunlaşıb. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir”. Fərrux Fərəcullayev, həmçinin SİMA brendi adı altında hazırlanan digər rəqəmsal məhsullar haqqında da məlumat verib. Qeyd edib ki, SİMA rəqəmsal platforması çərçivəsində biometrik ödənişlər, biometrik giriş sistemi, rəqəmsal möhür və digər rəqəmsal məhsullar hazırlanır və plana uyğun olaraq cəmiyyətə təqdim ediləcək. Daha sonra “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin şöbə müdiri Fərid İsmayılzadə şirkətin təqdim etdiyi rəqəmsal məhsul və xidmətlərin təhlükəsizliyi, məlumatların qorunması barədə məlumat verib. Konfrans zamanı biznes və dövlət orqanlarının nümayəndələri tərəfindən bir sıra innovativ və əsas infrastruktur layihələri təqdim edilib, maraqlı tərəfdaşlarla danışıqlar aparılıb. 14.04.2023 SİMA ILƏ “EPUL” SISTEMINDƏ LIMITSIZ KÖÇÜRMƏ VƏ ÖDƏNIŞLƏR EDIN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. SİMA yeni nəsil rəqəmsal imzanın ilk ödəniş sistemi tərəfdaşı “EPUL” onlayn ödəmə sistemi olub. Artıq “EPUL” mobil tətbiqində və epul.az veb-saytında qeydiyyatı tamamlayan vətəndaşlar SİMA ilə identifikasiyadan keçərək bir sıra məhdudiyyətlərdən azad olacaqlar. SİMA ilə şəxsiyyətini təsdiqləyən vətəndaşlar identifikasiyadan keçməyən istifadəçilərdən fərqli olaraq limitsiz pulköçürmələri, limitsiz balans artımı edəcək, həmçinin banklar, mağazalar, ödəniş sistemləri və digər bütün kateqoriyalar üzrə sürətli ödəniş həyata keçirə biləcəklər. Eyni zamanda pul kisəsi hesabından Azərbaycanın bütün bank kartlarına köçürmələr də mümkündür. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 03.04.2023 “AZINTELECOM” MMC SİMA ILƏ BAĞLI BANKLARLA GÖRÜŞ KEÇIRIB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA – istifadə sahələri, inkişaf perspektivləri və hüquqi aspektlər” mövzusunda işgüzar görüş keçirilib. Tədbir “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın maliyyə sahəsində tətbiqi, hüquqi yanaşmalar, digər istifadə sahələri və rəqəmsal transformasiya fonunda SİMA ilə bağlı gələcək planlara həsr olunub. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının və ölkədə fəaliyyət göstərən 23 bankın məsul şəxsləri iştirak edib. Tədbiri giriş sözü ilə açan “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov SİMA yeni nəsil rəqəmsal imzanın cari tərəfdaşları və bu inteqrasiyalar nəticəsində vətəndaşlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib. Elxan Əzizov bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sisteminə inteqrasiyası ilə bağlı intensiv işlər aparılır: “Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. SİMA-nın üstünlüklərinin, xüsusilə əlçatanlığının həm xidmət təqdim edənləri, həm də vətəndaşları rəqəmsal xidmətlərdən istifadəyə təşviq etdiyinin və vətəndaş məmnunluğunu artırdığının şahidi oluruq”. Qeyd edilib ki, SİMA-nın tətbiqi benefisiarlar üçün yeni imkanlar yaratmaqla yanaşı, həm də cari imkanları əvvəlkindən daha əlçatan edir. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. SİMA yeni nəsil rəqəmsal imza vətəndaşlarımızın rəqəmsal transformasiya prosesindən daha çox faydalanmasını təmin etmək üçün hər gün inkişaf etdirilir. “AzInTelecom” MMC-nin əməkdaşı, SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli “SİMA – yeniliklər, bazardakı çətinliklər və gələcək planlar” mövzusunda təqdimat edərək fikirlərini bölüşüb. “AzInTelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin bölmə rəhbəri Günel Əlizadə “SİMA – gücləndirilmiş imza. Hüquqi aspektlər” mövzusunda çıxış edərək rəqəmsal imzanın tətbiqinin hüquqi əsasları ilə bağlı rəy bildirib. Panel müzakirələrinin gedişatında “PAŞA Bank”ın Rəqəmsal məhsullar bölməsinin rəhbəri Şəhla Məmmədova “SİMA-nın bank məhsullarında istifadəsi. “PAŞA Bank” təcrübəsi” mövzusunda çıxış edib. Şəhla Məmmədova qeyd edib ki, SİMA ilə inteqrasiyadan sonra aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə çevik şəkildə həyata keçirilən proseslər nəticəsində kredit vermə müddəti 3 dəfə azalıb. Bankın nümayəndəsi, həmçinin bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tətbiqi ilə müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Yekunda “PAŞA Bank” ilə əməkdaşlığın nəticəsi olaraq, SİMA yeni nəsil rəqəmsal imzanın daha yaxşı istifadəçi təcrübəsinin formalaşmasındakı və müştəri məmnuniyyətinin artmasındakı rolu vurğulanıb. Görüşdə iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşdirilməsi məqsədilə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal dövlət xidmətlərindən faydalanması təmin edilir. Rəqəmsal xidmətlərə əlçatanlığın artırılmasına töhfə verən SİMA rəqəmsal imzanın inkişafı məqsədilə təkmilləşdirmə və yeni imkanların əlavə edilməsi istiqamətində müvafiq işlər davam etdirilir. 16.03.2023 SİMA YENI NƏSIL RƏQƏMSAL IMZA “VERGI VƏ MÜHASIBATLIQ ZIRVƏSI”NDƏ TƏQDIM EDILDI Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Bu gün keçirilən tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim edilib. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlar üçün bu günədək təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılan SİMA rəqəmsal imzanın sahibkarlar üçün nəzərdə tutulan həlli çərçivəsində göstəriləcək xidmətlər haqqında da şirkət rəhbərlərinə və mühasiblərə məlumat verilib. Qeyd edilib ki, fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər. Eyni zamanda B2B (business-to-business – biznesdən-biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər. B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar. SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradacaq. Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq portallara giriş əldə edəcəklər. Tədbirdə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslər iştirak edib. Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 13.03.2023 SİMA YENI NƏSIL RƏQƏMSAL IMZA “VERGI VƏ MÜHASIBATLIQ ZIRVƏSI”NDƏ! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Martın 11-də “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim ediləcək. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlara bu günədək təqdim etdiyi xidmətlər və sahibkarlar üçün nəzərdə tutulan həll çərçivəsində göstəriləcək xidmətlər barədə ətraflı məlumat veriləcək. “Vergi və Mühasibatlıq Zirvəsi”ndə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasının qərarverici şəxsləri, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirin məqsədi yeniliklərin innovativ həlləri diktə etdiyi, paralel olaraq, qanunların yeniliyini izlədiyimiz dövrdə mühasib peşəsinin gələcəyinin müzakirə olunduğu platforma rolunu oynamaqdır. Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətlərə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 10.03.2023 SİMA ILƏ “PREMIUM BANK” TƏRƏFDAŞ OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşdı və beləliklə, SİMA ilə sözügedən bank tərəfdaş oldu. Tərəfdaşlığa əsasən “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir. SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 03.03.2023 İNVESTISIYA IMKANLARI SİMA ILƏ DAHA ƏLÇATAN OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Azərbaycan investisiya vasitəçiliyi bazarında fəaliyyət göstərən “InvestAz” şirkəti SİMA-nın növbəti tərəfdaşı oldu. Bundan sonra “InvestAz” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb-sayt üzərindən real hesab aça biləcəklər. SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 26.12.2022 SİMA ILƏ “MEQA HƏYAT SIĞORTA”DAN HƏYATIN YAŞAM SIĞORTASINI ƏLDƏ ET! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza sığorta sahəsində tərəfdaş çevrəsini genişləndirməyə davam edir. SİMA rəqəmsal imza artıq “Meqa Həyat Sığorta” ASC ilə inteqrasiya prosesini yekunlaşdırıb. İndi vətəndaşlar sığorta şirkətinin portalında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsilə Həyatın Yaşam Sığortası üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”ni (FATCA/CRS) SİMA vasitəsilə rahat və çevik şəkildə imzalaya biləcəklər. SİMA ilə inteqrasiyadan əvvəl vətəndaşlar anketi kağız daşıyıcıda əllə doldururdular. “Meqa Həyat Sığorta” şirkəti vətəndaşlara təqdim etdiyi bu xidməti indi SİMA yeni nəsil rəqəmsal imza ilə elektronlaşdırıb. Artıq sənədin SİMA vasitəsilə imzalanması vətəndaşların vaxtına, tərəfdaşların isə xərclərinə qənaət etməsinə xidmət edəcək. Qeyd edək ki, SİMA ilə “Meqa Həyat Sığorta” ASC-nin digər xidmətlər üzrə inteqrasiya prosesi davam etdirilir. Növbəti mərhələdə “Kredit həyat sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 28.04.2023 ARTIQ FƏRDI SAHIBKARLAR DA SİMA IMZADAN ISTIFADƏ EDƏCƏKLƏR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həlli hazırlanaraq istifadəyə verilib. Artıq fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar. Belə ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə 3 illik ödənişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib. SİMA yeni nəsil rəqəmsal imzanın sahibkar həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində elan olunduqdan sonrakı bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək üç aylıq abunə tarifini pulsuz əldə edəcəklər. SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. Bununla da fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər. Eyni zamanda B2B (business-to-business – biznesdən biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər. B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar. Qeyd edilən prosesləri həyata keçirmək üçün fərdi sahibkarlar kommersiya qurumlarından müvafiq sənədi istənilən kommunikasiya alətləri vasitəsilə əldə edib SİMA mobil tətbiqində imzalayaraq eyni üsulla geri göndərə biləcəklər. Eyni proses B2B (biznesdən biznesə) və B2C (biznesdən vətəndaşa) xidmətlərindən yararlanarkən də keçərlidir. SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradır. Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq aşağıdakı portallara giriş əldə edirlər: E-customs portalında: – İdxal olunan məhsulların bəyan edilməsi; – Şəxsi hesab e-vərəqəsinə giriş. E-gov portalında: – Dövlət elektron xidmətlərindən istifadə (37 portala giriş). Əmək Münasibətləri və Məşğulluq altsistemində: – Əmək bildirişlərinin əlavə edilməsi. Lisenziyalar və icazələr portalında: – İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi. Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir. Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. Artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkarlıq fəaliyyəti göstərən hər kəs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə səbəb olacaq. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın sima.az rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 27.04.2023 SİMA ILƏ ABB-DƏN DEBET KARTINI ANINDA SIFARIŞ EDIN! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA-nın tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni nəsil rəqəmsal imza vasitəsilə təqdim etdiyi xidmətləri genişləndirməyə davam edir. İndi vətəndaşlar “ABB mobile” tətbiqində yeni debet kart sifarişini SİMA yeni nəsil rəqəmsal imza ilə cəmi bir neçə saniyəyə həyata keçirəcəklər. SİMA imza həlli ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə ehtiyac qalmır. Bu zaman kart sifarişi daha da rahat və sürətli keçir. İstənilən debet kartını anında sifariş etmək mümkün olur. Daha əvvəl həyata keçirilən inteqrasiya nəticəsində isə “ABB Mobile” istifadəçiləri şəxsi məlumatlarını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə anında dəyişə bilirlər. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanını da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 17.04.2023 SİMA VASITƏSILƏ XARICI VƏTƏNDAŞLARA DA RƏQƏMSAL IMZANIN VERILMƏSI PLANLAŞDIRILIR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Azərbaycan və Rusiya Federasiyasının paytaxtlarında paralel olaraq canlı bağlantı formatında keçirilən “MOSKVA – BAKI: informasiya texnologiyaları sahəsində əməkdaşlıq” biznes konfransında iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın informasiya texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün birgə addımlar atmaq idi. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlər və təşkilatlar arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafına həsr olunan konfransda rəsmi nümayəndələr, eləcə də texnologiya və ticarət sahəsi üzrə strateji şirkətlərin rəhbərləri iştirak ediblər. Konfrans zamanı “AzInTelecom” MMC-nin Kommersiya departamentinin Məhsul və xidmətlər şöbəsinin müdiri Fərrux Fərəcullayev şirkətin təqdim etdiyi rəqəmsal həllər barəsində ətraflı məlumat verib. Bildirib ki, “AzInTelecom” MMC-nin hazırladığı rəqəmsal məhsullar vətəndaşların və təşkilatların həyata keçirdiyi proseslərin çevik və rahat formada icra edilməsini təmin edir. Həmçinin şirkətin tətbiq etdiyi müasir informasiya texnologiyaları və bulud həlləri Azərbaycanın dövlət strukturlarının və cəmiyyətin rəqəmsal transformasiyasını sürətləndirir. F.Fərəcullayev qeyd edib ki, “AzInTelecom” MMC-nin bir il əvvəl istifadəyə verdiyi SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib: “Hazırda istifadə edilən həll vətəndaşlar üçün nəzərdə tutulan rəqəmsal imzadır. Yaxın müddətdə SİMA-nın fərdi sahibkarlar üçün həllinin də istifadəyə verilməsi planlaşdırılır. Növbəti mərhələdə isə hüquqi şəxslər və dövlət qurumları üçün SİMA rəqəmsal imza həllinin istifadəyə verilməsi nəzərdə tutulur. SİMA həlli vasitəsilə Azərbaycana qanuni əsaslarla miqrasiya etmiş xarici vətəndaşlara da rəqəmsal imzanın verilməsi planlaşdırılır. Bu günədək SİMA yeni nəsil rəqəmsal imzanın 20-dən çox tərəfdaşı ilə bir neçə xidmətin inteqrasiyası yekunlaşıb. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir”. Fərrux Fərəcullayev, həmçinin SİMA brendi adı altında hazırlanan digər rəqəmsal məhsullar haqqında da məlumat verib. Qeyd edib ki, SİMA rəqəmsal platforması çərçivəsində biometrik ödənişlər, biometrik giriş sistemi, rəqəmsal möhür və digər rəqəmsal məhsullar hazırlanır və plana uyğun olaraq cəmiyyətə təqdim ediləcək. Daha sonra “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin şöbə müdiri Fərid İsmayılzadə şirkətin təqdim etdiyi rəqəmsal məhsul və xidmətlərin təhlükəsizliyi, məlumatların qorunması barədə məlumat verib. Konfrans zamanı biznes və dövlət orqanlarının nümayəndələri tərəfindən bir sıra innovativ və əsas infrastruktur layihələri təqdim edilib, maraqlı tərəfdaşlarla danışıqlar aparılıb. 14.04.2023 SİMA ILƏ “EPUL” SISTEMINDƏ LIMITSIZ KÖÇÜRMƏ VƏ ÖDƏNIŞLƏR EDIN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. SİMA yeni nəsil rəqəmsal imzanın ilk ödəniş sistemi tərəfdaşı “EPUL” onlayn ödəmə sistemi olub. Artıq “EPUL” mobil tətbiqində və epul.az veb-saytında qeydiyyatı tamamlayan vətəndaşlar SİMA ilə identifikasiyadan keçərək bir sıra məhdudiyyətlərdən azad olacaqlar. SİMA ilə şəxsiyyətini təsdiqləyən vətəndaşlar identifikasiyadan keçməyən istifadəçilərdən fərqli olaraq limitsiz pulköçürmələri, limitsiz balans artımı edəcək, həmçinin banklar, mağazalar, ödəniş sistemləri və digər bütün kateqoriyalar üzrə sürətli ödəniş həyata keçirə biləcəklər. Eyni zamanda pul kisəsi hesabından Azərbaycanın bütün bank kartlarına köçürmələr də mümkündür. SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 03.04.2023 “AZINTELECOM” MMC SİMA ILƏ BAĞLI BANKLARLA GÖRÜŞ KEÇIRIB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA – istifadə sahələri, inkişaf perspektivləri və hüquqi aspektlər” mövzusunda işgüzar görüş keçirilib. Tədbir “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın maliyyə sahəsində tətbiqi, hüquqi yanaşmalar, digər istifadə sahələri və rəqəmsal transformasiya fonunda SİMA ilə bağlı gələcək planlara həsr olunub. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının və ölkədə fəaliyyət göstərən 23 bankın məsul şəxsləri iştirak edib. Tədbiri giriş sözü ilə açan “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov SİMA yeni nəsil rəqəmsal imzanın cari tərəfdaşları və bu inteqrasiyalar nəticəsində vətəndaşlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib. Elxan Əzizov bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sisteminə inteqrasiyası ilə bağlı intensiv işlər aparılır: “Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. SİMA-nın üstünlüklərinin, xüsusilə əlçatanlığının həm xidmət təqdim edənləri, həm də vətəndaşları rəqəmsal xidmətlərdən istifadəyə təşviq etdiyinin və vətəndaş məmnunluğunu artırdığının şahidi oluruq”. Qeyd edilib ki, SİMA-nın tətbiqi benefisiarlar üçün yeni imkanlar yaratmaqla yanaşı, həm də cari imkanları əvvəlkindən daha əlçatan edir. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. SİMA yeni nəsil rəqəmsal imza vətəndaşlarımızın rəqəmsal transformasiya prosesindən daha çox faydalanmasını təmin etmək üçün hər gün inkişaf etdirilir. “AzInTelecom” MMC-nin əməkdaşı, SİMA üzrə məhsul sahibi Tamerlan Məşədihəsənli “SİMA – yeniliklər, bazardakı çətinliklər və gələcək planlar” mövzusunda təqdimat edərək fikirlərini bölüşüb. “AzInTelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin bölmə rəhbəri Günel Əlizadə “SİMA – gücləndirilmiş imza. Hüquqi aspektlər” mövzusunda çıxış edərək rəqəmsal imzanın tətbiqinin hüquqi əsasları ilə bağlı rəy bildirib. Panel müzakirələrinin gedişatında “PAŞA Bank”ın Rəqəmsal məhsullar bölməsinin rəhbəri Şəhla Məmmədova “SİMA-nın bank məhsullarında istifadəsi. “PAŞA Bank” təcrübəsi” mövzusunda çıxış edib. Şəhla Məmmədova qeyd edib ki, SİMA ilə inteqrasiyadan sonra aparılan analizlər nəticəsində məlum olub ki, rəqəmsal imza ilə çevik şəkildə həyata keçirilən proseslər nəticəsində kredit vermə müddəti 3 dəfə azalıb. Bankın nümayəndəsi, həmçinin bildirib ki, SİMA yeni nəsil rəqəmsal imzanın tətbiqi ilə müştəri itkisi göstəricisi 2 dəfə azalıb. Yekunda “PAŞA Bank” ilə əməkdaşlığın nəticəsi olaraq, SİMA yeni nəsil rəqəmsal imzanın daha yaxşı istifadəçi təcrübəsinin formalaşmasındakı və müştəri məmnuniyyətinin artmasındakı rolu vurğulanıb. Görüşdə iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşdirilməsi məqsədilə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaşın olduğu yerdən rəqəmsal dövlət xidmətlərindən faydalanması təmin edilir. Rəqəmsal xidmətlərə əlçatanlığın artırılmasına töhfə verən SİMA rəqəmsal imzanın inkişafı məqsədilə təkmilləşdirmə və yeni imkanların əlavə edilməsi istiqamətində müvafiq işlər davam etdirilir. 16.03.2023 SİMA YENI NƏSIL RƏQƏMSAL IMZA “VERGI VƏ MÜHASIBATLIQ ZIRVƏSI”NDƏ TƏQDIM EDILDI Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Bu gün keçirilən tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim edilib. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlar üçün bu günədək təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılan SİMA rəqəmsal imzanın sahibkarlar üçün nəzərdə tutulan həlli çərçivəsində göstəriləcək xidmətlər haqqında da şirkət rəhbərlərinə və mühasiblərə məlumat verilib. Qeyd edilib ki, fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər. Eyni zamanda B2B (business-to-business – biznesdən-biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər. B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar. SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradacaq. Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq portallara giriş əldə edəcəklər. Tədbirdə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslər iştirak edib. Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 13.03.2023 SİMA YENI NƏSIL RƏQƏMSAL IMZA “VERGI VƏ MÜHASIBATLIQ ZIRVƏSI”NDƏ! Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir. Martın 11-də “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim ediləcək. Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlara bu günədək təqdim etdiyi xidmətlər və sahibkarlar üçün nəzərdə tutulan həll çərçivəsində göstəriləcək xidmətlər barədə ətraflı məlumat veriləcək. “Vergi və Mühasibatlıq Zirvəsi”ndə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasının qərarverici şəxsləri, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirin məqsədi yeniliklərin innovativ həlləri diktə etdiyi, paralel olaraq, qanunların yeniliyini izlədiyimiz dövrdə mühasib peşəsinin gələcəyinin müzakirə olunduğu platforma rolunu oynamaqdır. Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətlərə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir. Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 10.03.2023 SİMA ILƏ “PREMIUM BANK” TƏRƏFDAŞ OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşdı və beləliklə, SİMA ilə sözügedən bank tərəfdaş oldu. Tərəfdaşlığa əsasən “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir. SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 03.03.2023 İNVESTISIYA IMKANLARI SİMA ILƏ DAHA ƏLÇATAN OLDU Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Azərbaycan investisiya vasitəçiliyi bazarında fəaliyyət göstərən “InvestAz” şirkəti SİMA-nın növbəti tərəfdaşı oldu. Bundan sonra “InvestAz” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb-sayt üzərindən real hesab aça biləcəklər. SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 26.12.2022 Məhsullar * SİMA * SİMA Token Resurslar * Xəbərlər və kampaniyalar * Proqram təminatı * Texniki sənədlər Haqqımızda * SİMA haqqında * Əlaqə * Tərəfdaş ol * Məxfilik siyasəti SİMA © 2022. Bütün hüquqlar qorunur Sima